"Zirə"nin Avroliqanın 1-ci təsnifat mərhələsindəki rəqibi "Differdanj" bu gecə Bakıda olacaq. Fanat.Az xəbər verir ki, öncə Türkiyəyə uçacaq "cırtdanlar" İstanbul - Bakı reysiylə paytaxtımıza təşrif buyuracaq.
Lüksemburq təmsilçisini gətirən təyyarə 00:55-də Bakıya enəcək. Paskal Karzaniqanın komandası "Boulevard Hotel"də məskunlaşacaq.
Karzaniqa yetirmələrini oyunun keçiriləcəyi "Dalğa Arena"da sabah 19:30-da məşqə çıxaracaq.
Fanat.Az