17:45 16.07.2013 695

Maksim Medvedev: "Qələbə qazanmağa məcburuq"

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

- II təsnifat mərhələsində Polşanın “Pyast” klubu ilə ev oyununa hazırlıq necə gedir?

- Hər şey yüksək səviyyədədir. Uşaqlar oyunun məsuliyyətini dərk edirlər. Rəqibimiz “Metallurq” yox, daha güclü, səviyyəli komandadır. Onlar haqda müəyyən məlumata sahibik. Bilirik ki, təcrübəli oyunçulardan qurulub. Bu oyuna fərqli hazırlaşırıq.

- “Metallurq” haqda danışarkən, rəqibin yarımmüdafiə xəttini fərqləndirirdiniz. Bəs Polşa klubu haqda nə deyə bilərsiniz?

- Rəqibin heyətində hündürboylu oyunçular yer alıb. 5-6 futbolçularının boyu 190 sm-dən artıqdır. Onlara qarşı çox diqqətli olmalıyıq. Xüsusilə də künc və standart zərbələr zamanı. Daha “Metallurq” kimi olmayacaq ki, kimisə buraxdıqda, komanda yoldaşın səni sığortalasın. Hərə öz oyunçusuna cavabdeh olacaq. Müdafiə xəttində yaxşı futbolçuları qərarlaşıb. Orta xəttə isə iki yeni futbolçu transfer ediblər. Sağ-sol cinahları da yaxşı işləyir, sürətli futbolçuları var. Hücum xəttində də hündürboylu oyunçular yer alıb. Boşluqlar verməməliyik. Bizdə elə də hündürboylu oyunçular yoxdur. Bir sözlə, rəqibimiz çox güclüdür.

- Əsas yük müdafiə xəttinin üzərinə düşəcək?

- Hər kəsin öz işi olacaq. Hücumda oynayanların da işi çox olacaq. Onlar öndə yaxşı oynasalar, işimiz az olacaq. Hamı çalışmalıdır ki, gücündən maksimum istifadə etsin. Evdə oynayırıq və qələbə qazanmağa məcburuq.

- Rəqibin Bakıya səfərində müəyyən problemlər yaranıb. Onların ölkəmizə gec gəlmələrinin işinizə yarayacağını düşünmək olarmı?

- Ümumiyyətlə, oyun günü gəlsələr, lap yaxşı olardı.

- “Metallurq”la oyundan əvvəl zədəli olduğunuz deyilsə də, hər 2 oyunda forma geyindiniz. Hazırda durumunuz necədir?

- Zədəli deyildim. Əzələmdə problemlər yaranmışdı. Komandaya gec qoşuldum və başladım ağır məşqlər keçməyə. Bu da əzələlərdə ağrılar əmələ gətirdi. Ona görə də 7-8 gün komanda ilə birgə məşq etmədim. Oyuna 2 gün qalmış kollektiv hazırlığa qoşuldum. Buna rəğmən, baş məşqçi mənə güvəndi və meydana buraxdı. Düzdür, müəyyən çatışmazlıqlar var idi. Lakin qapımızın toxunulmazlığını qoruya bildik. Bu, mənim üçün ikiqat sevinc, bayram idi.

- Komandada zədəli futbolçu varmı?

- Hamı yaxşı durumdadır. Oynamaq istəyirlər. Çoxdandır ki, bu cür oyunları gözləyirdik. Bir fakt deyim. “Metallurq”la cavab oyunundan əvvəl Admir Telinin barmağı sındı. Bununla belə o, meydana çıxdı və komandaya kömək etdi. Kollektivin hər bir üzvü oynamaq üçün can atır.

- Adətən avrokubok oyunlarında “Qarabağ”ın matçını izləmək üçün azarkeşlər stadionu doldururdular. “Metallurq”la oyunda belə olmadı. Səbəbini nə ilə izah edə bilərsiniz?

- İki tribuna tam doldu. Bunu görən zamanı özümüzə inam artdı. 5-6 min azarkeş bizi elə dəstəklədilər ki, sanki stadion dolu idi. Gələn oyunlarda stadionun dolacağına inanıram. Həm də yəqin, fikirləşiblər ki, “Metallurq”u 2-3 il əvvəl keçiblər, bu dəfə də keçəcəklər, ona görə stadiona nəyə gedirik. Düşünürlər ki, güclü komanda ilə oyuna gedərik. Heç vaxt yadımdan çıxmaz, “Visla”la ilə oyunda tribunlara tam dolu idi. İnanıram ki, yenə həmin anşlaq yaşanacaq.

- Proqnoz verə bilərsinizmi?

- Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Meydan amilindən maksimum yararlanmağa çalışacağıq. Həm də elə nəticə əldə etməliyik ki, cavab oyununa bir qədər rahat çıxaq. 

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X