Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq Polşanın "Piast" klubu dünən paytaxtımıza gəlib.
Qol.Az-ın məlumatına görə, Polşa klubu ölkəmizə 22 futbolçu ilə təşrif buyurub.
Lakin komanda Azərbaycana tam heyətlə gələ bilməyib. Belə ki, "Piast" klubu zədə səbəbindən qapıçı Dariuş Trela və yarımmüdafiəçi Boyçex Kedziorun xidmətindən istifadə edə bilməyəcək.
"Piast" Bakıya aşağıdakı futbolçularla gəlib:
Qapıçılar: Yakob Şmatula, Ceyms Şumski
Müdafiəçilər: Çaba Horvat, Yan Polak, Adrian Klepçinski, Lukaş Krzuçki, Damian Zbozyen, Metyu Matras
Yarımmüfadiəçilər: Mariuş Zqanyaç, Patrik Ditko, Radoslav Muravski, Kamil Vilçek, Pavol Çiçman, Tomas Podqorski, Matey İzvolt, Lukaş Hanzel, Bartoş Şeliqa, Artis Lazdinş, Pavel Lisovski.
Hücumçular: Marçin Robak, Tomas Doçekal, Ruben Fernandes Xurado
İdman24.az