Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Differdanj” - “Zirə” matçının hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, “qartallar”ın Lüksemburq təmsilçisiylə səfər oyununu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Boris Marhefka olacaq. Ona yan xətt hakimləri kimi Tomas Vorel və Yan Pozor kömək edəcəklər. Ehtiyat hakim isə Pavol Xmura olacaq.
30 yaşlı Boris Marhefka beynəlxalq arenada cəmi 6 görüş idarə edib. Onlardan isə yalnız 1-i avrokubok matçı olub. Belə ki, slovakiyalı ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Pünik” – “Europa” (2:1) qarşılaşmasında fit çalıb. Marhefkanın idarə etdiyi digər oyunlar U-19 və U-21-lər arasında keçirilən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutub.
Fanat.Az