Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçirilir. Fanat.Az xəbər verir ki, bu gecə "Bakı" "İnter"inin II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Bu komandanın adına "Milsami" (Moldova) - "Fola" (Lüksemburq) matçında aydınlıq gəlib. İlk oyunda 2:1 hesablı qələbə qazanan lüksemburqlular cavab matçında "sülh"ə razılaşıb - 1:1. Bununla da "Fola" II təsnifat mərhələsində "İnter"ə rəqib olub.
"İnter" isə I təsnifat mərhələsində Serbiyanın "Mladost" klubu ilə qarşılaşıb. İlk oyunda 3:0 hesablı qələbə qazanan bakılılar cavab matçında da rəqibini üstələyir - 1:0.
Qeyd edək ki, "Fola" bu yay təmsilçilərimizə rəqib olan ikinci Lüksemburq klubudu. Belə ki, I təsnifat mərhələsində "Zirə" bu ölkənin "Differdanj" klubu ilə münasibətlərini aydınlaşdırır. İlk oyunda 2:0 hesablı qələbə qazanan qəsəbə təmsilçisi cavab matçında uduzur - 0:1.
Fanat.Az