“Biz istəyirik ki, səfərdə qol vuraq”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in kapitanı Vaqif Cavadov deyib.
“Tromsö” – “İnter” oyunundan əvvəl mətbuat konfransının iştirakçılarından olan Vaqif komandaların şanslarını dəyərləndirib: “Burda, “Alfheym” stadionunda qol vurmaq maraqlı olardı. Ancaq əsas məsələ komandamın qələbə qazanmasıdır. Oyundan öncə hansı komandanın favorit olduğunu söyləmək çətindir. Hələ ki, şanslar 50-nin 50-yədir.
Qeyd edək ki, Vaqif Cavadov 2009-cu ildə Norveçdə olub. O, “Qarabağ”da oynadığı vaxt “Rusenborq”la Avroliqa oyununa çıxıb.
İdman24.az