Dünya futbol klublarının ən çox azarkeşi olan ilk onluğunun adı açıqlanıb. Fanat.az saytı maraqlı olan bu siyahını oxuculara təqdim edir.
Siyahıda ilk sırada İngiltərə nəhəngi "Mançester Yunayted" dayanıb. Son 25 ildə İngilətərə futboluna hegemonluq edən bu klubun 354 milyon azarkeşi var. 20 illik Ser Aleks Fergüssonun erasında dünyada sevilməyə başlayan "qırmızı şeytanlar" ən titullu klublardan hesab olunur. Klub öz ev oyunlarını "Old Trafford" arenada keçirir. "Mançestr Yunayted" indiyə kimi 20 dəfə Premyer Liqa, 3 dəfə Çempionlar Liqası, 11 dəfə FA, 4 dəfə isə Liqa Kubokunu başı üzərinə qaldırıb. Hazırda klubun baş məşqçisi Luis van Gaaldır.
Sıralamada ikinci yerdə son 10 ildə azarkeşlər tərəfindən daha çox sevilməyə başlayan İspaniya nəhəngi "Barcelona" gəlir. Kataloniya təmsilçisi gözəl, sürətli, cəlbedici oyunu ilə azarkeşlərin ürəyini əla almağa bacarıb. "Barcelona"nın 270 milion azarkeşi var. Oyunlarını keçirdiyi stadion "Nou Kamp"dı. Klubun baş məşqçisi Luis Enrikedir.
İlk üçlüyü isə yenə İspanya nəhəngi olan "Real Madrid" qapayır. "Kral klubu" 174 milyon azarkeşi ilə dünyanın ən çox sevilən klublarından biridir. Madrid təmsilçisi ev oyunlarını "Santiyaqo Bernabeu" stadionunda keçirir. Klubun hazırda baş məşqçisi Carlo Ancelottidir.
Dördüncü yeri isə Londonun "Çelsi" klubu tutur. "Zadəganlar" 2003-cü ildən rusiyalı milyader Roman Abramoviçin yiyələnməsindən daha da məşhurlaşmağa başlayıb. Klubun 135 milyon azarkeşi var. Ev oyunlarını "Stemford Bric"də keçirir. Baş məşqçisi Joze Mourinyodur.
Beşinci yerdə "Arsenal" klubu gəlir. "Topçular"ın 113 milyonluq azarkeş kütləsi var. "Arsenal" ev oyunlarını "Emirates Stadium"da keçirir, klubun baş məşqiçisi təcrübəli mütəxəsis Arsen Vengerdir.
Altıncı yerdə isə İtaliya nəhəngi "Milan" gəlir. "Rosionerlər"in 99 milyonluq fanat ordusu var. Milan təmsilçisi ev oyunlarını "San Siro"da keçirir, klubun baş məşqçsi Filippo İnzaqidir.
Yeddinci yerdə isə Liverpul şəhərinin eyniadlı təmsilçisi gəlir. Klubun 71 milyon azarkeşi var. "Liverpul" ev oyunlarını "Enfild Rod" arenasında keçirir. Klubun baş məşqçsi Brendan Rocersdir.
Səkkizinci yerdə Milan şəhərinin digər təmsilçisi olan "İnter" qərarlaşıb. İtaliya nəhənginin 49 milyon azarkeşi var. Klub ev oyunlarını "Cüzeppe Miatsa"da keçirir. Baş məşqçiləri Valter Matsarridir.
Doqquzuncu yerdə isə Almaniya "Bavariya"sı qərarlaşıb. Klubun 24 milyon azarkeşi var. Münhen təmsilçisi öz oyunlarını "Alyans Arena"da keçirir, baş məşqçsi Pep Qvardioladır.
Nəhayət, 10-cu yerdə İtaliya "Yuventus"u qərarlaşıb. "Qoca Sinyora"nın 20 milyonluq azarkeş ordusu var. "Yuventus"un baş məşqçisi Massimiliano Alleqridir.
Fanat.az