Bu gün səhər saatlarında rəsmi saytı ilə fəaliyyətini dayandırdığını açıqlayan "Araz Naxçıvan" PFL-ə müraciət edib. Fanat.az xəbər verir ki, müraciətdə klubun Premyer Liqada fəaliyyətini dayandırdığı göstərilib.
Qeyd edək ki, "Araz Naxçıvan"ın rəsmi saytında açıqlamasında "Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" PFK bu gündən etibarən fəaliyyətini dayandırıb. Xəbərlə bağlı geniş məlumat günün ikinci yarısından sonra saytımızda yerləşdiriləcək" deyilir.
Fanat.az