"İnter"in sabiq prezidenti Georgi Nikolov klubun adının dəyişdirilməsinə münasibət bildirib. Fanat.Az xəbər verir ki, sosial mediada fikirlərini bildirən bolqar prezident klubun adının "Zabrat" qoyulmasını təklif edib:
“İnter”in adına 10 ildi davam edən hücumlar axır ki, uğurla nəticələndi. Heç olmasa “Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. İstənilən halda, keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” isə “Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidi”.
Qeyd edək ki, 2006-cı ildən klubda prezident postunu tutan bolqarıstanlı futbol adamı 2015-ci ilin dekabrında “İnter”dən kənarlaşdırılmışdı.
Fanat.Az