Futzal üzrə UEFA Kubokunun elit-raundunun B qrupunda ikinci oyun keçirilib. Fanat.az xəbər verir ki, meydan sahibi Çexiyanın "Xrudim" klubu Rusiya "Dina"sını sınağa çəkib.
Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Dina"nın heyətində Dmitri Prudnikov dubl edib, Eskuerdinya bir qol vurub.
Qeyd edək ki, "Araz" ilk turda Slovakiyanın "Slov-Matik" klubuna yenilib - 3:4. Azərbaycan çempionu bu gün "Dina"nı, "Slov-Matiç" "Xrudim"i sınağa çəkəcək.
1 | Dina | 1 | 1 | 0 | 0 | 3:0 | 3 |
2 | Slov-Matik | 1 | 1 | 0 | 0 | 4:3 | 3 |
3 | Araz | 1 | 0 | 0 | 1 | 3:4 | 0 |
4 | Xrudim | 1 | 0 | 0 | 1 | 0:3 | 0 |
Fanat.az