Futzal üzrə UEFA Kubokunun Elit-raundunda Azərbaycan çempionu "Araz" üzərində 4:3 hesablı qələbədən sonra "Slov-Matik"in baş məşqçisi Yan Yanik sevincini gizlətməyib. Fanat.az xəbər verir ki, slovakiyalı mütəxəssis Naxçıvan təmsilçisi üzərində qələbəni "möcüzə" adlandırıb.
Yanik qələbələrini bu cür şərh edib: "Ötənilki "Dördlər finalı"nın iştirakçısı üzərində qələbə qazanmaq inanılmazdı. Sevinirəm ki, bəzən futzalda kiçik möcüzələr baş verir. Baxmayaraq ki, ilk yarıda təzyiq altında idik, müdafiədə yaxşı oynadıq. Hesabı bərabərləşdirdikdən sonra qapıçını meydançadan çıxarmağımın yeganə səbəbi o idi ki, bizi heç-heçə qane etmirdi".
Fanat.az