Əvəzedici heyətlər arasında ölkə birinciliyində XII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, 4 matç eyni gündə baş tutub.
"Xəzər Lənkəran" səfərdə "İnter"ə 2:1 hesabı ilə qalib gəlib. "Neftçi" "Simurq" 0:2, "Qarabağ" "Bakı"ya 1:3 hesabı ilə yeniliö. AZAL - "Qəbələ" oyununda qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, "Araz Naxçıvan" çempionatdan imtina etdiyinə görə "Sumqayıt" bu turda istirahət edib.
Əvəzedici heyətlər
2014/15 mövsümü
II dövrə, XII tur
19 noyabr
İnter - Xəzər Lənkəran 1:2
Qollar: Bilal Qənbərov, 62 - Kamran Abdullazadə, 47. Kazım Kazımlı, 54.
Bakı - Qarabağ 3:1
Qollar: Ülvi Quliyev, 17. Raul Yaqubzadə, 44; 90+1 - Nazim Kərimli, 77.
AZAL - Qəbələ 1:1
Qollar: Elməddin Hüseynzadə, 36 - Muxtar Əliyev, 12.
Simurq - Neftçi 2:0
Qollar: Adam Banaş, 43; 59.
Fanat.az