"Araz"ın baş məşqçisi Tino Peres futzal üzrə UEFA Kubokunun elit mərhələsində Rusiyanın "Dina" klubuna qarşı keçirdikləri oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi 4:5 hesablı məğlubiyyəti şərh edib:
"İlk dəqiqələrdən oyun çox əsəbi keçdi. Sonadək belə davam edən görüş ümumilikdə yaxşı alındı. İlk yarıda bizə çox çətin idi. 5 fol etdik və 1:3 hesabı ilə məğlub duruma düşdük. Amma rəqibdə də çatışmazlıqlar var idi. İkinci hissənin əvvəlində daha yaxşı oynadıq. Buna da sevinirəm. Yarışa yeni komanda ilə gəlmişdik. Amma keçirdiyimiz hər iki matçda çox sayda qol epizodu yarada bildik".
Qeyd edək ki, "Araz" bu məğlubiyyətdən sonra "Dördlər finalı"na yüksəlmək şanslarını itirib.
Fanat.az