Topaz Premyer Liqasında yığmaların oyunlarına görə yaranmış 18 günlük fasilə başa çatıb. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
"Araz Naxçıvan"ın çempionatdan çıxmasından sonra hər turda 4 oyun keçirilib və bir komanda məcburi şəkildə istirahət edib. Bu turda "Sumqayıt" bu hüquqdan yararlanıb.
Turun açılış oyununda "Bakı" "Qarabağ"ı qəbul edib. Hesabı 6-cı dəqiqədə İnnosent Emeqara açıb. 4 dəqiqə sonra Nuran Qurbanov bərabərliyi bərpa edib. 15-ci dəqiqədə Emeqara "Qarabağ"ı yenidən hesabda önə keçirsə də, 36-cı dəqiqədə Risto Ristoviç yenidən oyunda bərabərlik yaradıb. İkincci hissədə müdafiədə daha etibarlı olan "Qarabağ" 70-ci dəqiqədə Reynaldo Silvanın qoluna sevinib. 8 dəqiqə sonra isə Leroy Corc son nöqtəni qoyub - 4:2.
Günün ikinci matçında AZAL "Qəbələ"ni qəbul edib. 6 qolluq oyunda hesab 23-cü dəqiqədə açılıb. Laşa Kasradzenin avtoqolu "Qəbələ"ni sevindirib. 9 dəqiqə sonra Konseysao Eduardo bərabərliyi təmin edib. 50-ci dəqiqədə Viktor İbekoyi AZAL-ı hesabda önə keçirib, 20 dəqiqə sonra Markuinyos "Qəbələ"nin bərabərlik qolunu vurub. 80-ci dəqiqədə Freddi Mombonqo yenidən AZAL-ı sevinridib. Lakin sona 3 dəqiqə qalmış penaltini dəqiq yerinə yetirən Cavid Hüseynov matçın yekun hesabını müəyyənləşdirib.
"Araz Naxçıvan" çempionatdan çıxmasından sonra liderliyi ələ keçirən "Neftçi"nin sevinci uzun sürməyib. Bu "Simurq"un qonağı olan Arif Əsədovun yetirmələri 0:1 hesabı ilə uduzaraq turnir cədvəlinin zirvəsini "Qarabağ"a təhvil verib. Matçın yeganə qoluna 18-ci dəqiqədə Draqan Çeran imza atıb. O, penaltini dəqiq yerinə yetirib.
Tura mərkəzi oyunla yekun vurulub. Əsas qarşılaşmada "İnter" "Xəzər Lənkəran"ı qəbul edib. 5 oyunda heç-heçə edən "İnter" (ardıcıl 4-ü qolsuz heç-heçə) qələbəsizliyə və qolsuzluğa son qoyub. Zesabı 9-cu dəqiqədə "Xəzər Lənkəran"ın sabiq üzvü Junior Nildo açıb. 19-74-cü dəqiqələrdə dubl edən Mikel Alvaro "İnter"in üstünlüyünü 3 topa çatdırıb. "Xəzər Lənkəran"ın təsəlli qoluna 90+3-cü dəqiqədə Fernando Qabriel imza atıb. Nəticələ 3:1 hesablı qələbə qazanan "İnter" 5 oyundan sonra 3 xala sevinib.
Premyer Liqa
2014/15 mövsümü
II dövrə, XII tur
20 noyabr
Bakı - Qarabağ 2:4
Qollar: Nuran Qurbanov, 10. Risto Ristoviç, 36 - İnnosent Emeqara, 6; 15. Reynaldo Silva, 70. Leroy Corc, 78.
Bakı: 12. Elxan Əhmədov, 5. Georgios Palagios, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov (17. Elmin Əsgərli, 87), 8. Lukas Mario Horvat (k), 10. Nurlan Novruzov, 18. Əziz Quliyev, 19. Eltun Hüseynov, 22. Risto Ristoviç (11. Tural Qürbətov, 74), 30. Cəmşid Məhərrəmov, 85. Jaba.
Ehtiyat oyunçular: 25. Elməddin Məmmədov, 2. Nicat Əsgərov, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 20. Valeh Seyidov.
Baş məşqçi: İbrahim Uzunca.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. İnnosent Emeqara (17. Vüqar Nadirov, 85), 9. Reynaldo Silva (77. Cavid Tağıyev, 82), 10. Muarem Muarem (6. Hacı Əhmədov, 83), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 41. Leroy Corc, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 21. Tural Rzayev, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Georgios Palagios, 21 (qeyri-idman hərəkəti). Nurlan Novruzov, 29 (qeyri-idman hərəkəti). Lukas Mario Horvat, 33 (hakim qərarına etiraz). Nuran Qurbanov, 68 (qeyri idman hərəkəti). Jaba, 71 (hakim qərarına etiraz). Risto Ristoviç, 71 (hakim qərarına etiraz) - Qara Qarayev, 51 (qeyri-idman hərəkəti). Leroy Corc, 53 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Munis Abdullayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
AZAL - Qəbələ 3:3
Qol: Konseysao Eduardo, 32. Viktor İbekoyi, 50. Freddi Mombonqo, 80 - Laşa Kasradze, 23 (avtoqol). Markuinyos, 70. Cavid Hüseynov, 87-pen
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 6. Konseysao Eduardo, 10. Tomi Kostadinov, 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 17. Viktor İbekoyi (18. Orxan Lalayev, 90+1), 20. Freddi Mombonqo (9. Aydın Qasımov, 85), 22. Eltun Yaqublu, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 7. Təmkin Xəlilzadə, 21. Novruz Məmmədov, 30. Seymur Əsədov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 1. Kamran Ağayev (k), 5. Sadiq Quliyev (90. Ekiqo Ehiosun, 63), 8. Markuinyos, 10. Dodo, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto (27. Bəxtiyar Soltanov, 60), 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrey Kristea, 13. Murad Musayev, 39. Salman İbrahimov, 99. Tellur Mütəllimov.
Baş məşqçi: Dorinel Muntyanu.
Sarı vərəqələr: Eduardo Makiel, 59 (qeyri-idman hərəkəti). Eltun Yaqublu, 82 (qeyri-idman hərəkəti) - Pavol Farkaş, 18 (qeyri-idman hərəkəti). Sadiq Quliyev, 25 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 78 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Coşqun Həsənov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Murad Məmmədov.
"AZAL Arena". 200 tamaşaçı.
Simurq - Neftçi 1:0
Qol: Draqan Çeran, 18-pen.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov (16. Məhərrəm Hüseynov, 87), 8. Patrik Osiako (15. Stepan Polyak, 74), 11. Draqan Çeran, 13. Ali Gökdemir (33. Kənan Müslümov, 55), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 9. Lukas Tresnak, 25. Oruc Balaşlı.
Baş məşqçi: George Çixradze.
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (23. Ruslan Qurbanov, 46), 9. Flavinyo (k), 10. Julius Vobay, 18. Kaue da Silva (15. Erik Ramos, 46), 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev (17. Nicat Qurbanov, 73), 90. Erenst Nfor.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 11. Nikolas Kanales, 14. Elnur Allahverdiyev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
Qolla nəticələnməyən penalti: Marko Stanoyeviç, 90.
Sarı vərəqələr: Marko Stanoyeviç, 14 (qeyri-idman hərəkəti). İlkin Qırtımov, 63 (qeyri-idman hərəkəti). Pavel Kapsa, 90+3 (vaxtı bilərəkdən uzatdığına görə) - Emil Balayev, 18 (qeyri-idman hərəkəti). Karlos Kardozo, 19 (qeyri-idman hərəkəti). Məqsəd İsayev, 29 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Sərxan İsmayılov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala şəhər Olimpiya kompleksinin stadionu. 3500 tamaşaçı.
İnter - Xəzər Lənkəran 3:1
Qollar: Junior Nildo, 10. Mikel Alvaro, 20; 74 - Fernando Qabriel, 90+3.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov (80. Nizami Hacıyev, 63), 12. Junior Nildo (9. Mirzağa Hüseynpur, 90+1), 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 27. Dieqo Madriqal (15. Yohan Bokonyano, 57), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavko Georgievski, 7. Abdulla Abatsiyev, 30. Abbas Hüseynov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov (97. Elnur Cəfərov, 72), 10. Elnur Abdullayev (22. Əfran İsmayılov, 46), 11. Rauf Əliyev (28. Fernando Qabriel, 46), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 72. Elvin Mirzəyev, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.
Sarı vərəqələr: Səlahət Ağayev, 55 (oyunun bərpasını ləngitdiyinə görə). Derlis Meza Kolli, 61 (hakim qərarına etiraz) - Vanderson Skarduelli, 32 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 45+3 (qeyri-idman hərəkəti). Tyeqo, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
"İnter Arena". 1000 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 10 | 6 | 3 | 1 | 18-10 | 21 |
2 | Neftçi | 10 | 6 | 2 | 2 | 13-6 | 20 |
3 | İnter | 11 | 4 | 6 | 1 | 20-4 | 18 |
4 | Simurq | 11 | 4 | 2 | 5 | 13-12 | 14 |
5 | Xəzər Lənkəran | 11 | 4 | 2 | 5 | 14-14 | 14 |
6 | Qəbələ | 10 | 3 | 4 | 3 | 13-15 | 13 |
7 | AZAL | 10 | 2 | 4 | 4 | 10-18 | 10 |
8 | Sumqayıt | 10 | 3 | 1 | 6 | 11-16 | 10 |
9 | Bakı | 11 | 2 | 2 | 7 | 9-26 | 8 |
Bombardirlər | Mikel Alvaro (İnter) - 7. Nurlan Novruzov (Bakı), Məhəmməd Qurbanov (Sumqayıt), İnnosent Emeqara (Qarabağ) - 5. Cavid Heseynov (Qəbələ) - 4. |
Fanat.az