"Bakı" Premyer Liqanın XII turunda "Qarabağ"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi start heyətlərini açıqlayıb.
"Bakı"nın baş məşqçisi XI turda "Qəbələ"yə qarşı keçirdikləri oyunla müqayisədə 3 dəyişiklik edib. Qırmızı vərəqə aldığı üçün cəzalı olan Elşad Manafovla yanaşı, Aqil Məmmədovla Tural Qürbətov da heyətə düşməyib. Tural ehtiyatda qalıbsa, Aqil ümumiyyətlə "8-lik"də yoxdu. Bu futbolçuların əvəzində Elxan Əhmədov, Eltun Hüseynov və Nurlan Novruzov ilk dəqiqələrdən oynamaq imkanı qazanıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə 4 dəyişikliyə ehtiyac duyub. Çalışdırıcı "Araz Naxçıvan" matçında start heyətində oynatdıtı Fərhad Vəliyev, Tərlan Quliyev, Hacı Əhmədov və Şəhriyar Əliyevə bu dəfə ehtiyac duymayıb. İlk üç futbolçu ehtiyatda qalıbsa, sonuncu "18-liy"ə düşməyib. Əvəzində İbrahim Şehiç, Maksim Medvedev, Riçard Almeyda və Bədavi Hüseynov yenidən "11-liy"ə qayıdıb.
Fanat.az