17:50 21.11.2014 759

Xaqani Məmmədov Əşrəfoğluna cavab verdi: "Yaltaqlıqla xal qazanır"

Dünən Premyer Liqanın XII turu çərçivəsində baş tutan "Simurq" - "Neftçi" oyunundan sonra qalmaqal yaşanıb. Belə ki, matç başa çatdıqdan sonra "Neftçi"də işləyən Elnur Əşrəfoğlu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova "Sən "Neftçi"nin oyununa gəlmə. Sən gələndə biz uduzuruq" deyib. Daha sonra isə onu təhqir edib.


Zaqatalada baş verənləri aydınlaşdırmaq üçün Xaqani Məmmədovla əlaqə saxladıq. Komitə sədri Fanat.az-a açıqlamasında Elnur Əşrəfoğlu tərəfindən təhqir olunduğunu bildirdi: "Simurq" - "Neftçi" oyununda gözlənilməz vəziyyətlə qarşılaşdım. Elnur Əşrəfoğlu mənə "Sən "Neftçi"nin oyununa gəlmə. Sən gələndə biz uduzuruq" dedi. Başa düşə bilmirəm, mən hansısa oyuna gedəndə ondan icazə almalıyam? İstədiyim oyunu izləyə bilərəm və buna görə heç kimdən icazə almıram. Əvvəlcə ona reaksiya vermək istəmədim, amma təhqirə keçdiyini görərək cavabını verdim. Sən kimsən axı mən sənə hesabat verim?! Bu adam kimlərinsə qabağında yaltaqlıq edərək özünə xal qazanır. Mən isə onun səviyyəsinə enmək istəmirəm".


Xaqani Məmmədov Elnur Əşrəfoğlunun bu günkü açıqlamalarına da münasibət bildirib: "O, bu gün müxtəlif saytlara verdiyi açıqlamalarla özünü biabır edir. Deyir paltardəyişə otağına daxil olarkən Xaqani Məmmədov üzümə baxıb "hırıldayırdı". Onu paltardəyişmə otağına kim buraxmışdı ki, mənimlə rastlaşsın? Başqa bir açıqlamasında deyib ki, Xaqani Məmmədov niyə klub rəsmiləri ilə VİP-lojada oturub oyunu izləmir, hansısa "budka"da gizlənib? Əvvəla mən sənin kimi səviyyəsiz adamla bir yerdə oturmaram. İkincisi də hansısa "budka"da gizlənməmişəm. Stadionda olan hər kəs mənim oyunu həmkarınız Emin Səfərovla birlikdə izlədiyimi gördü. Deyir guya mən qulaqcıqla hakimlərə göstəriş vermişəm. Birincisi, UEFA hələ 7-ci qulaqcığı tətbiq etməyib. 6 qulaqcıq var, dünən hamısı hakimlərdə olub. Mən necə hakimlərə göstəriş verə bilərdim? Mənə inanmırsız həmkarınız Emin Səfərovdan soruşub görün, hakimlərə hansısa bir göstəriş vermişəm, heç yerimdən ayağa qalxmışam?" 


Komitə sədri Zaqatalaya getməsinin səbəbini də açıqlayıb: "Həmin Elnur Əşrəfoğlu deyildi ki, deyirdi AFFA rəhbərliyi çempionatın oyunlarını izləmir? Həmin Elnur Əşrəfoğlu deyildi ki, deyirdi Xaqani Məmmədov "Neftçi" - "Qarabağ" oyununu qoyub, gedib "Araz Naxçıvan" - "Bakı" matçını izləyir? Məgər mən ondan icazə almalıyam? O, belə səviyyəsiz, diletant açıqlamalarla özünü biabır edir. Zaqatalaya oyun televiziya vasitəsi ilə yayımlanmadığı üçün getmişdim ki, hakimlərin işi barədə təsəvvürüm olsun".


Xaqani Məmmədov Fariz Yusifovun təyin etdiyi iki penalti ilə bağlı danışmaq istəməyib: "Oyundakı penalti epizodları ilə bağlı şərh vermək istəmirəm. Hər halda hakim epizodlara məndən daha yaxın idi və hər şeyi yaxşı gördü. Həm də matçın hakim-inspektoru var. O, özü hər şeyi qeyd edib".


Dünən keçirilən 4 oyunun hamısında hakimlikdən narazılıq oldu. Hakimlər Komitəsinin sədri bəzi narazılıqların haqlı olduğunu da etirf edib: "Dünənki oyunlardakı bəzi narazılıqlar haqlı idi. Bəzi epizodlarla həqiqətən də hakimlər səhv etmişdi".


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

30 phrase_var_core.may 2025
00:51

"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov

00:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

29 phrase_var_core.may 2025
23:49

"Şamaxı" Süleymanovu icarəyə götürdü - RƏSMİ

23:21

Yüksək Liqa: Gümüş və bürünc mükafatçılar bəlli oldular

22:55

DÇ: Yarımfinal mərhələsinin cütləri bilindi

22:20

"Barselona" Raşfordu bu futbolçularının biri ilə dəyişə bilər

21:55

"Əl-Nəsr"in idman direktoru Ronaldu ilə bağlı son vəziyyəti açıqladı - Gedir?

21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

17:17

"Ağır nəticədir, amma futbol səhvləri bağışlamır" - İsko

16:58

Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:40

"Napoli"nin prezidenti Konteni saxlamaq üçün nə etdi?

16:22

Gəncəli veteranlar Mahmud Qurbanova görə "Kəpəz" rəhbərliyinə müraciət etdi - VİDEO

16:04

"Qalatasaray" əfsanəsi ilə vidalaşdı - VİDEO

15:46

"Güllə açılmamış yıxılmaq lazım deyil" - Vasili Berezutski

15:28

"Sabah" Premyer Liqada 5-ci yerdə olmağa layiq deyildi" - Qurban Qurbanov

15:10

Ağdamda dünya çempionu amansızlıqla döyüldü

14:53

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

14:36

"Bu gün Kannavaronu meydana buraxmağa utanardıq" - Canluici Buffon

14:17

Növbəti mövsümdən VAR qərarları stadionlarımızda elan olunacaq? - AÇIQLAMA

13:58

"Komanda "Çelsi"nin təzyiqini hiss etdi və ruhdan düşdü" - "Betis"in qapıçısı

13:40

"Çox səbəblərdən qürurlu və xoşbəxtəm" - Entso Mareska

13:21

"Mançester Yunayted" asiyalılarla bacarmadı

13:03

Pelleqrini "Çelsi"nin geridönüşünün səbəbini belə izah etdi

12:45

Premyer Liqada növbəti mövsümün “transfer pəncərələri”nin vaxtı açıqlandı

12:27

İngiltərə futbolu tarixində bu qədər kubok qazanılmamışdı

12:08

"Real Madrid" ulduzu ilə bağlı qərarını dəyişdi - SON DURUM

11:50

Jonatan Ta "Bayern Münhen"də - RƏSMİ

11:16

"Araz-Naxçıvan"da daha bir yeni müqavilə - RƏSMİ

10:58

İspaniya millisinin sabiq oyunçusu klubsuz qaldı

10:39

Finala doğru: Qurbanov 7, Berezutski ilk üçün

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşdi - Nə "Arsenal"dan oyunçu var, nə də "Mançester Siti"dən

phrase_var_core.fb
X