09:29 22.11.2014 686

Kənan Müslümov: "Meydana daxil olanda bütün hisslər yox oldu"

Topaz Premyer Liqasının XII turunda "Neftçi" ilə qarşılaşan "Simurq"un öz yetirməsi Kənan Müslümov əsas komandanın heyətində debüt etdi. Futbolçu klubun rəsmi saytına müsahibəsində debütündən danışıb.
    
- Kənan, bu mövsüm əvəzedici heyətdən əsas komandaya cəlb olunan futbolçular biri də sən oldun və təlim-məşq toplanışlarında iştirak etdin. İlk öncə bu barədə fikirlərini bilmək istərdik.
- Mənim üçün böyük bir şərəfdi ki, doğma şəhərimin, Zaqatalanın klubunda forma geyinirəm. Bu ayrıca bir qürurdu. Başda prezident, klub rəhbərliyi və məşqçilərim olmaqla hər kəsə təşəkkür edirəm. İnandılar və bu şansı verdilər.
 
- On bir turdan sonra Premyer Liqada debüt etdin. Oyundan öncə meydana çıxacağına inanırdınmı?
- Hər dəfə ümidlə məşqçinin verəcəyi şansı gözləyirdim. Bu qarşılaşmada isə heç ağlımdan keçmirdi. Çünki oyunun gedişinə baxdıqda, bunun çətin olacağını düşünürdüm. Ancaq çox sağ olsun məşqçilər. İnandılar və özümü göstərmək üçün şans verdilər. Mənsə əlimdən gələni etməyə və komandama kömək etməyə çalışdım.
 
- Məşqçilər oyuna daxil olmaq üçün hazırlaşmağı tapşıranda hansı hisslər keçirdin?
- Öncə onu qeyd edim ki, mənim üçün ən çox sevindirici amil Premyer Liqada ilk oynuma Zaqatalada, azarkeşlərimiz önündə meydana çıxmağım oldu. Məşqçilər çağıranda çox həyəcanlandım. Lakin meydana daxil olan vaxt bütün hisslər yox oldu. Ancaq oyun haqqında fikirləşdim. Çünki bu görüşdə qalibiyyətin vacibliyini hər kəs kimi, mən də bilirdim.
 
- Premyer Liqa fərqini hiss edə bildinmi?
- Əlbəttə, sürət, oyunçuların təcrübəsi baxımından hər şey çox fərqli idi. Bunu hiss etməmək qeyri-mümkündü.
 
- Bunun davamlı olması üçün səncə hansı cəhətlər səndə çatmır?  
- Davamlı olmasını çox istəyirəm. Oynamaq üçün hər şey məşqlərdən başlayır. Bunun üçündə hazırlıqlarda tam gücümlə çalışıram. İnanıram ki, məşqçinin tapşırıqlarını daha yaxşı şəkildə yerinə yetirib, mənə daha çox şans verməsi üçün inamını artıracam. İlk oyunda ən çox hiss olunan cəhətim təbii ki, təcrübəsizliyim idi.  
 
- Oyundan sonra baş məşqçilə söhbətin oldumu?
- Paltardəyişmə otağında hamı kimi, məni də təbrik etdi. Ancaq oyunumla bağlı hələ fikirlərini bildirməyib.
 
- Yaxınlarının, azarkeşlərin ilk oyununla bağlı fikirləri nə oldu?
- Azarkeşlərimizə çox sağ ol demək istəyirəm. Meydana daxil olan zaman onların dəstəyini görəndə özümə inamım daha da artdı. Yaxınlarım buna görə çox sevindilər, təbrik etdilər, davamlı olmasını arzuladılar. Xüsusən əvəzedici heyətimizin məşqçilərini qeyd edərdim. Bu onların zəhmətinin bəhrəsi idi.
 
- Bir gün sonra sizi daha bir iddialı rəqiblə görüş gözləyir. Bu oyun haqqında nə düşünürsən?
- “Neftçi” ilə çətin oyundan sonra bizi daha bir ağır oyun gözləyir. Artıq biz qalibiyyəti unudub, bu qarşılaşma haqqında fikirləşirik. Özümüzə inanırıq. Allahın köməyilə Qəbələ səfərindəndə üç xalla qayıdarıq.
 
- Səncə qış fasiləsinə qədər komandamız qarşısına qoyduğu məqsədə çatmaq üçün turnir cədvəlində özünü toparlaya biləcəkmi?
- Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədi. Oyunlara lazımı səviyyədə hazırlaşırıq. Qarşıdakı matçlarda ötən qarşılaşmalarda itirdiyimiz xalları təlafi etmək üçün əlimizdən gələni edəcəyik.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X