Futzal üzrə UEFA kubokunun elit mərhələsində çıxış edən təmsilçimiz “Araz” son oyununu keçirib. Fanat.az xəbər verir ki, Çexiyanın Pardubitse şəhərindəki “CEZ Arena” kompleksində baş tutan oyunda Azərbaycan çempionu yerli “Xrudim” klubu ilə qarşılaşıb.
Oyun təmsilçimizin fiaskosu ilə başa çatıb. Naxçıvan klubu altı cavabsız qolla məğlub olub.
Qeyd edək ki, "Araz" əvvəlki oyunlarında Slovakiya "Slov-Matik"inə (3:4) və Rusiya "Dina"sına da uduzmuşdu. Qrupun digər oyununda "Dina" "Slov-Matik"ə 4:1 hesabıyla qalib gəlib.
Fanat.az