12:22 22.11.2014 1101

Nəhs turda "Böyük oyun" və autsayderlərin dueli - AFİŞA

Topaz Premyer Liqasında XIII turun oyunlarına start veriləcək. Fanat.az xəbər verir ki, son 3 turdan fərqli olaraq bu dəfə oyunlar eyni gündə yox, iki fərqli gündə keçiriləcək.

İlk oyun günündə iki matç baş tutacaq. Tura "Qarabağ" - AZAL oyunu ilə start veriləcək. Öttən tur "Bakı"nı məğlub edərək liderliyi yenidən ələ alan Ağdam klubu zəif rəqibi ilə oyunda da 3 xal qazanaraq mövqeyini qorumaq istəyir. 4 gün sonra "Sent-Etyen"lə oyuna çıxacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu matçda yəqin ki, bəzi aparıcı futbolçulara istirahət verəcək. Amma "Qarabağ" əvəzedici heyəti ilə də AZAL-a qalib gələcək gücdədi. "Təyyarəçilər" isə ötən tur "Qəbələ"yə qarşı yaxşı oyun sərgiləyib, hətta hakim səhvləri üzündən qələbəni əldə verib. Tərlan Əhmədovun yetirmələri bu dəfə liderə qarşıda da eyni oyunu göstərərək xal qazanmağa çalışacaq.

Günün ikinci oyununda iki əyalət klubu - "Qəbələ" və "Simurq" qarşılaşacaq. Komandalar ötən turda fərqli nəticələrə imza atıb. "Qəbələ" səfərdə AZAL-la "sülh" (3:3) bağlayıb. Dorinel Muntanyunun yetirmələri bu dəfə doğma meydanda qələbə qazanmaqla xal itkisini sığortalamalıdı. "Simurq" isə XII turda evdə "Neftçi"ni yenərək azarkeşlərini sevindirib. Georgi Çixradzenin yetirmələri ardıcıl ikinci çətin matçda xal qazanmaqla turnir cədvəlindəki mövqelərini yaxşılaşdırmaq istəyir.

Turun son iki oyunu bazar ertəsi keçiriləcək. Sözsüz ki, həmin gün bütün diqqətlər "Dalğa Arena"ya yönələcək. Lənkəran şəhər stadionun ot örtüyü hazır olmadığından "Xəzər Lənkəran" əzəli rəqibini Mərdəkanda qəbul edəcək. Hər iki komanda son turu məğlubiyyətlə başa vurub. "Xəzər Lənkəran" "İnter"ə 1:3, "Neftçi" "Simurq"a 0:1 hesabı ilə yenilib. "Xəzər Lənkəran" "Neftçi"ni məğlub etməklə birinci dövrədəki yenilginin qisasını almalıdı. Bu matç lənkəranlıların baş məşqçisi üçün də çox vacibdi. Bu mövsüm ən azı avrokuboklara vəsiqə iddiasında olan komandanın ardıcıl iki oyunda məğlubiyyəti türk mütəxəssisi işindən edə bilər. "Neftçi" isə qələbə qazanmaqla həm ötən tur itirilən xalları sığortalamalı, həm də azarkeşlərini əzəli rəqib üzərindəki qələbə ilə sevindirməlidi.

Günün digər oyununda autsayderlər - "Sumqayıt"la "Bakı" qarşılaşacaq. "Bakı" ötən tur "Qarabağ"a müqavimət göstərərək iki dəfə hesabı bərabərləşdirisə də, yekunda 2:4 hesablı məğlubiyyətdən qaça bilməyib. "Sumqayıt" isə "Araz Naxçıvan" çempionatdan çıxdığından turu istirahətlə keçirib. Bu matç hər iki komanda üçün böyük önəm daşıyır. "Sumqayıt" qələbə qazanacağı halda son pillədən uzaqlaşacaq. "Bakı" isə 3 xalı aktivinə yazmaqla sonunculuqdan qurtula bilər.

Qeyd edək ki, "Araz Naxçıvan" çempionatı tərk etdiyindən bu turda "İnter" istirahət edəcək.

Premyer Liqa
2014/15 mövsümü
I dövrə, XIII tur

23 noyabr
Qarabağ - AZAL
Proqnoz: 50-30-20
I dövrədəki oyun: 3:0
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15.15.

Qəbələ - Simurq
Proqnoz: 30-40-30
I dövrədəki oyun: 2:1
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu. Saat 17.15.

24 noyabr
Xəzər Lənkəran - Neftçi
Proqnoz: 30-40-30
I dövrədəki oyun: 0:1
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
"Dalğa Arena". Saat 17.00.

Sumqayıt - Bakı
Proqnoz: 40-20-40
I dövrədəki oyun: 2:1
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
"Kapital Bank Arena". Saat 17.00.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

10

6

3

1

18-10

21

2

Neftçi

10

6

2

2

13-6

20

3

İnter

11

4

6

1

20-4

18

4

Simurq

11

4

2

5

13-12

14

5

Xəzər Lənkəran

11

4

2

5

14-14

14

6

Qəbələ

10

3

4

3

13-15

13

7

AZAL

10

2

4

4

10-18

10

8

Sumqayıt

10

3

1

6

11-16

10

9

Bakı

11

2

2

7

9-26

8

 

Bombardirlər

Mikel Alvaro (İnter) - 7. Nurlan Novruzov (Bakı), Məhəmməd Qurbanov (Sumqayıt), İnnosent Emeqara (Qarabağ) - 5. Cavid Heseynov (Qəbələ) - 4.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

30 phrase_var_core.may 2025
00:51

"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov

00:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

29 phrase_var_core.may 2025
23:49

"Şamaxı" Süleymanovu icarəyə götürdü - RƏSMİ

23:21

Yüksək Liqa: Gümüş və bürünc mükafatçılar bəlli oldular

22:55

DÇ: Yarımfinal mərhələsinin cütləri bilindi

22:20

"Barselona" Raşfordu bu futbolçularının biri ilə dəyişə bilər

21:55

"Əl-Nəsr"in idman direktoru Ronaldu ilə bağlı son vəziyyəti açıqladı - Gedir?

21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

17:17

"Ağır nəticədir, amma futbol səhvləri bağışlamır" - İsko

16:58

Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:40

"Napoli"nin prezidenti Konteni saxlamaq üçün nə etdi?

16:22

Gəncəli veteranlar Mahmud Qurbanova görə "Kəpəz" rəhbərliyinə müraciət etdi - VİDEO

16:04

"Qalatasaray" əfsanəsi ilə vidalaşdı - VİDEO

15:46

"Güllə açılmamış yıxılmaq lazım deyil" - Vasili Berezutski

15:28

"Sabah" Premyer Liqada 5-ci yerdə olmağa layiq deyildi" - Qurban Qurbanov

15:10

Ağdamda dünya çempionu amansızlıqla döyüldü

14:53

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

14:36

"Bu gün Kannavaronu meydana buraxmağa utanardıq" - Canluici Buffon

14:17

Növbəti mövsümdən VAR qərarları stadionlarımızda elan olunacaq? - AÇIQLAMA

13:58

"Komanda "Çelsi"nin təzyiqini hiss etdi və ruhdan düşdü" - "Betis"in qapıçısı

13:40

"Çox səbəblərdən qürurlu və xoşbəxtəm" - Entso Mareska

13:21

"Mançester Yunayted" asiyalılarla bacarmadı

13:03

Pelleqrini "Çelsi"nin geridönüşünün səbəbini belə izah etdi

12:45

Premyer Liqada növbəti mövsümün “transfer pəncərələri”nin vaxtı açıqlandı

12:27

İngiltərə futbolu tarixində bu qədər kubok qazanılmamışdı

12:08

"Real Madrid" ulduzu ilə bağlı qərarını dəyişdi - SON DURUM

11:50

Jonatan Ta "Bayern Münhen"də - RƏSMİ

11:16

"Araz-Naxçıvan"da daha bir yeni müqavilə - RƏSMİ

10:58

İspaniya millisinin sabiq oyunçusu klubsuz qaldı

10:39

Finala doğru: Qurbanov 7, Berezutski ilk üçün

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşdi - Nə "Arsenal"dan oyunçu var, nə də "Mançester Siti"dən

phrase_var_core.fb
X