"Qəbələ" Premyer Liqanın XIII turunda "Simurq"u qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki komandanın baş məşqçisi start heyətini açıqlayıb.
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntanyu AZAL matçı ilə müqayisədə heyətdə 3 dəyişiklik edib. Rumın çalışdırıcı Sadiq Quliyev, Yazalde Pinto və Pavol Farkaşı ehtiyata göndərib. Baş məşqçi Ruslan Abışovu, həmçinin Andrey Kristea və Ekiqo Ehiosuna yenidən "11-lik"də şans verib.
"Simurq"un baş məşqçisi Georgi Çixradze isə bir dəyişiklik edib. Gürcü mütəxəssis ötən tur sarı vərəqə limitini doldurduğu üçün oynamayan Rəşad Eyyubovk heyətə qaytarıb, əvəzində Ali Gökdemiri ehtiyata göndərib.
Fanat.az