George Çixradze "Qəbələ" ilə oyunla (3:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi layiqli qələbə qazandıqlarını deyib:
"Oyun çox maraqlı alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Komandalar çox sayda qol epizodu yaratdı. Bu gün bizim komandamız mübarizə apardı, qalib gəlməyə çalışdı. Düşünürəm ki, “Simurq” layiq olduğu qələbəni əldə etdi. Azarkeşlərin də bu oyundan razı qalacağını təxmin edirəm. Son 3 oyunda rəqibi qarşılamağa və qapıya zərbələr endirməyə çalışırıq. Bu gün də eyni işi gördük və 3 qol vurduq. Komandamı oyuna necə hazırladığımı danışsam, bəlkə də sizin üçün maraqsız olar. Əsas məsələ komandanı oyuna yaxşı hazırlamaq və rəqibin zəif nöqtələrini tapmaqdı".
Fanat.az