"Neftçi" Araz Abdullayevi nizam-intizam qaydalarını pozduğuna görə cəzalandırıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, yarımmüdafiəçi bu gün komandanın oyunöncəsi toplanışına gecikdiyi üçün məşqə buraxılmayıb. Abdullayevlə bağlı qəti qərar 13-cü turun oyunundan sonra keçiriləcək klubdaxili iclasda veriləcək.
Fanat.az