19:00 24.11.2014 736

Qırmızı rəngli "Böyük oyun": 4 qol vuruldu, 4 nəfər qovuldu

Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulub. Fanat.az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.

Turun mərkəzi oyunu "Dalğa Arena"da keçirilib və "Xəzər Lənkəran" "Neftçi" ilə qarşılaşıb. Lənkəran şəhər stadionun ot örtüyü hazır olmadığından cənublular əzəli rəqibini Mərdəkanda qəbul edib.

Hesabı 5-ci dəqiqədə "Xəzər Lənkəran"dan Qalin İvanov açıb. 5 dəqiqə sonra Ruslan Qurbanov fərqlənib. 16-cı dəqiqədə qapıçı Emil Balayev qırmızı vərəqə alaraq "Neftçi"i azlıqda qoyub. 35-ci dəqiqədə Əfran İsmayılov "Xəzər Lənkəran"ı yenidən hesabda önə keçib. İlk yarının son saniyələrində meydan sahiblərindən Sadio Tounkara qırmızı vərəqə alıb. İkinci yarıda daha iki futbolçu meydandan qovulub. 50-ci dəqiqədə "Neftçi"dən Elnur Allahverdiyev ikinci sarı vərəqəni alıb. 74-cü dəqiqədə isə "Xəzər Lənkəran"dan Əfran İsmayılov hakimin qəzəbinə tuş gəlib. Matçın son saniyələrində isə Mirhüseyn Seyidov bəraərlik qolunu vurub.

Günün digər oyununda autsayderlər - "Sumqayıt"la "Bakı" qarşılaşıb. Oyuna fəal başlayan "Bakı" 2-ci dəqiqədə hesabı açıb. Komandanın bombardiri Nurlan Novruzov fərqlənib. "Sumqayıt" buna 85-ci dəqiqədə Kiyan Sultanpurun qolu ilə cavab verib. Bununla da oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Simurq" səfərdə "Qəbələ"ni (3:2), "Qarabağ" evdə AZAL-ı (2:1) məğlub edib. "Araz Naxçıvan" çempionatı tərk etdiyindən bu turda "İnter" istirahət edəcək.

Premyer Liqa
2014/15 mövsümü
I dövrə, XIII tur

24 noyabr
Xəzər Lənkəran - Neftçi 2:2
Qollar: 
Qalin İvanov, 5. Əfran İsmayılov, 35 - Ruslan Qurbanov, 10. Mirhüseyn Seyidov, 90+4.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov (28. Fernando Qabriel, 80), 7. Sadio Tounkara, 8. Qalin İvanov (97. Elnur Cəfərov, 64), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 33. Rasim Ramaldanov, 63. Alfred Sanko.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 10. Elnur Abdullayev, 55. Ağabala Ramazanov, 99. Deyan Blajevski.
Baş məşçi: Oğuz Çətin.
Neftçi: 1. Emil Balayev (
30. Saşa Stamenkoviç, 19), 2. Karlos Kardozo, 3. Denis Silva, 9. Flavinyo (k) (11. Nikolas Kanales, 69), 10. Julius Vobay, 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 23. Ruslan Qurbanov (21. Samir Məsimov, 56), 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor.
Ehtiyat oyunçular:17. Nicat Qurbanov, 18. Kaue da Silva, 28. Emin Mehtiyev, 95. Elvin Bədəlov. 
Baş məşçi: Arif Əsədov.
Sarı vərəqələr: Qalin İvanov, 13 (qeyri-idman hərəkəti). Rəşad Sadiqov, 54 (qeyri-idman hərəkəti). Alfred Sanko, 90+2 (oyunun bərpasını gecikdirdiyinə görə) - Elnur Allahverdiyev, 11 (qeyri-idman hərəkəti); 50 (qeyri-idman hərəkəti). Flavinyo, 30 (hakimi aldatmağa cəhd). Erenst Nfor, 39 (qeyri-idman hərəkəti). Mirhüseyn Seyidov, 40 (qeyri-idman hərəkəti). Karlos Kardoso, 68 (qeyri-idman hərəkəti). Nicat Qurbanov, 90+4 (hakimin icazəsi olmadan meydançaya daxil olduğuna görə).
Qırmızı vərəqələr: Sadio Tounkara, 45+2 (rəqibi əl ilə vurduğuna görə). Əfran İsmayılov, 74 (rəqibi əl ilə vurduğuna görə) - Emil Balayev, 16 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə). Elnur Allahverdiyev, 50 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
“Dalğa Arena”. 1200 tamaşaçı.

Sumqayıt - Bakı 1:1
Qollar: Kiyan Sultanpur, 85 - Nurlan Novruzov, 2.
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev (9. Orxan Əliyev, 70), 77. Təvəkkül Məmmədov (11. Kiyan Sultanpur, 78), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular:63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 17. Ramazan Abbasov, 86. Fərid Quliyev, 96. Budaq Nəsirov.
Baş məşçi: Aqil Məmmədov.
Bakı: 12. Elxan Əhmədov, 5. Georgios Palagios, 6. Vüqar Bəybalayev, 8. Lukas Mario Horvat (k), 10. Nurlan Novruzov, 11. Tural Qürbətov (21. Elşad Manafov, 88), 22. Risto Ristoviç (45. Mahir Mədətov, 68), 18. Əziz Quliyev, 19. Eltun Hüseynov, 30. Cəmşid Məhərrəmov, 85. Jaba.
Ehtiyat oyunçular:26. Davud Əsgərov, 2. Nicat Əsgərov, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 20. Valeh Seyidov. 
Baş məşçi: İbrahim Uzunca.
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 34 (qeyri-idman hərəkəti). Nodar Məmmədov, 44 (qeyri-idman hərəkəti). Tərzin Cahangirov, 84 (qeyri-idman hərəkəti) - Georgios Palagios, 32 (qeyri-idman hərəkəti). Lukas Mario Horvat, 44 (qeyri-idman hərəkəti). Eltun Hüseynov, 45 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
“Kapital Bank Arena”. 500 tamaşaçı.


Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

11

7

3

1

20-11

24

2

Neftçi

11

6

3

2

15-8

21

3

İnter

11

4

6

1

20-4

18

4

Simurq

12

5

2

5

16-14

17

5

Xəzər Lənkəran

12

4

3

5

16-16

15

6

Qəbələ

11

3

4

4

15-18

13

7

AZAL

11

2

4

5

11-20

10

8

Sumqayıt

11

3

2

6

12-17

11

9

Bakı

12

2

3

7

10-27

9

 

Bombardirlər

Mikel Alvaro (İnter), Nurlan Novruzov (Bakı) - 7. Məhəmməd Qurbanov (Sumqayıt) - 5. İnnosent Emeqara (Qarabağ), Cavid Heseynov (Qəbələ), Draqan Çeran (Simurq) - 4.



Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
11:43

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

11:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:22

İki sabiq "Liverpul"lu Qvardiolanın köməkçisi olacaq

11:04

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:45

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

10:20

"Milan" baş məşqçisiz qaldı - Əsas namizəd bəllidir

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Millətlər Liqası: Milliliz Litva ilə üz-üzə

09:22

Kontenin "Napoli"dəki aqibətinə aydınlıq gəldi - RƏSMİ

09:00

Minifutbol: Azərbaycan millisi finala vəsiqə uğrunda matça çıxır

00:51

"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov

29 May 2025
23:49

"Şamaxı" Süleymanovu icarəyə götürdü - RƏSMİ

23:21

Yüksək Liqa: Gümüş və bürünc mükafatçılar bəlli oldular

22:55

DÇ: Yarımfinal mərhələsinin cütləri bilindi

22:20

"Barselona" Raşfordu bu futbolçularının biri ilə dəyişə bilər

21:55

"Əl-Nəsr"in idman direktoru Ronaldu ilə bağlı son vəziyyəti açıqladı - Gedir?

21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

17:17

"Ağır nəticədir, amma futbol səhvləri bağışlamır" - İsko

16:58

Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:40

"Napoli"nin prezidenti Konteni saxlamaq üçün nə etdi?

16:22

Gəncəli veteranlar Mahmud Qurbanova görə "Kəpəz" rəhbərliyinə müraciət etdi - VİDEO

16:04

"Qalatasaray" əfsanəsi ilə vidalaşdı - VİDEO

15:46

"Güllə açılmamış yıxılmaq lazım deyil" - Vasili Berezutski

15:28

"Sabah" Premyer Liqada 5-ci yerdə olmağa layiq deyildi" - Qurban Qurbanov

15:10

Ağdamda dünya çempionu amansızlıqla döyüldü

14:53

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

14:36

"Bu gün Kannavaronu meydana buraxmağa utanardıq" - Canluici Buffon

14:17

Növbəti mövsümdən VAR qərarları stadionlarımızda elan olunacaq? - AÇIQLAMA

13:58

"Komanda "Çelsi"nin təzyiqini hiss etdi və ruhdan düşdü" - "Betis"in qapıçısı

13:40

"Çox səbəblərdən qürurlu və xoşbəxtəm" - Entso Mareska

13:21

"Mançester Yunayted" asiyalılarla bacarmadı

13:03

Pelleqrini "Çelsi"nin geridönüşünün səbəbini belə izah etdi

Facebookdan bizi izləməyi unutmayın.
X