"Neftçi" daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Arif Əsədov Mirhüseyn Seyidovun xidmətindən məhrum olub.
Qarşılaşmanın son saniyələrində bərabərlik qolunu vuran futbolçu cəzalı duruma düşüb. Matçın 40-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Seyidov sarı vərəqə limitini doldurub və XIV turun "Qəbələ" ilə ev oyununu buraxmalı olacaq.
Qeyd edək ki, Mirhüseyn bu mövsüm "Qəbələ", "Sumqayıt" və "İnter"lə oyunlarda da sarı vərəqə almışdı. "Neftçi" "Qəbələ" ilə oyuna "Xəzər Lənkəran"la matçda qırmızı vərəqə alan Emil Balayev və Elnur Allahverdiyevsiz çıxacaq.
Fanat.az