"Bakıda ilk qolu vurduqda, oyunun heç-heçə başa çatmasını arzulamırdım. Ancaq təəssüf ki, ikinci qolu buraxdıq və məğlub olduq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Piast" klubunun futbolçusu Kamil Vilçek deyib.
Ölkəsinin mətbuatına danışan 25 yaşlı yarımmüdafiəçi komandasının "Qarabağ" səddini keçəcəyini inandığını bildirib:
"İlk oyunda məğlub olmağımıza baxmayaraq, bu nəticə bizə növbəti mərhələyə adlamağa imkan verir. Ən azı 1:0 hesabı ilə qalib gəlməklə növbəti mərhələyə yüksələ bilərik. İnanıram ki, bu, baş verəcək. Biz meydanın mərkəzində diqqətli oynamalıyıq və oyunda təşəbbüsü ələ keçirməliyik. Düşünürəm ki, məhz bu amil qələbədə əsas rol oynayacaq".
Qeyd edək ki, "Piast" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
İdman24.az