18:15 27.11.2014 493

"Araz Naxçıvan" çempionata qayıdır - RƏSMİ

Premyer Liqadan imtina edən "Araz Naxçıvan" fəaliyyətini bərpa edib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Məlumatda bildirilir ki, bu gündən futbolçu seçimlərinə başlayan klub Muxtar Respublika birinciliyində və kubokunda iştirak edəcək. "Araz Naxçıvan"ın məlumatını olduğu kimi təqdim edirik:

 

Məlum olduğu kimi, "Araz Naxçıvan" 3 həftə öncə Azərbaycan çempionatında oynamaqdan imtina edərək Peşəkar Futbol Liqasına rəsmi olaraq müraciət etmişdi. PFL bu müraciətə baxaraq, komandamızın çempionatda oynamaqdan imtina etməsini təsdiq etmiş və klubun futbolçularına azad agent statusu vermidi. "Araz Naxçıvan"ın çempionatdan imtina etməsinin səbəbi isə keçirdiyimiz oyunlarda hakimlərin komandamıza qarşı qərəzli mövqeyi idi. Bu barədə klub rəhbərliyi aidiyyatı quruma bir neçə dəfə müraciət etsə də, buna səthi yanaşıldı və klub 11-ci turdan sonra çempionatdan imtina etdiyini rəsmi olaraq bəyan etdi. 


Çempionatdan imtina etməsinə baxmayaraq, "Araz Naxçıvan" fəaliyyətini dayandırmadı. Düzdü, bəzi mətbu orqanlar klubun çempionatda fəaliyyətini dayanadırmasını bəzi məqamlarla əlaqələndirdilər ki, bunlar həqiqəti əks etdirmir. Muxtar Respublika təmsilçisi yalnız Topaz Premyer Liqasında oynamaqdan imtina edib və fəaliyyətini Naxçıvan Muxtar Respublika birinciliyində davam etdirəcək. Nə zaman ki, Azərbaycan futbolunda hakim haqsızlığı olmayacaq, o zaman klub rəsmi olaraq çempionatda oynamaq üçün müraciət edəcək.


Çempionatda oynamaqdan imtina edən "Araz Naxçıvan" bu gündən etibarən bir araya gəlib və seçimlərə start verib. Məqsəd isə qarşıdakı illərdə yalnız naxçıvanlı futbolçulardan ibarət komanda formalaşdırmaq və Muxtar Respublikada uşaq futbolunun inkişafına təkan verməkdi.


Komanda bu gün komanda Naxçıvan stadionunda ilk məşqinə çıxıb. Seçimlərdə isə Naxçıvanın daxili birinciliyində çıxış edən komandaların heyətlərindən seçilən oyunçular iştirak edib. 10 günə yaxın davam edəcək ilk seçimlərdə 1992-2000-ci il təvəllüdlü futbolçular qüvvələrini sınayır. Bu seçimlərdə məşqçilər tərəfindən müsbət rəy alacaq futbolçular dekabrın son həftəsində yenidən bir araya gələcəklə və məşqlərə davam edəcəklər. 


Bu müddət ərzində - daha dəqiq desək, 4-10 dekabr tarixlərində isə seçimlər 2000-2007-ci il təvəllüdlü futbolçular arasında aparılacaq və seçilən uşaqlar fevral ayında fəaliyyətə başlayacaq "Araz Naxçıvan" futbol məktəbinə dəvət olunacaqlar. 


Yenidən formalaşan "Aaz Naxçıvan" fevral ayının sonlarında başlayacaq Naxçıvan Muxtar Respublika birinciliyinə, həmçinin Naxçıvan Kubokunda iştirak edəcək. Bu müddətə kimi isə komandamızın yoldaşlıq oyunları keçirəcəyi gözlənilir".


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
15:26

"Fəxr edirəm ki, türkəm" - Demiral qol sevincindən danışdı

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:51

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

14:33

"Kəpəz" üç legioneri ilə vidalaşdı

14:15

"Sumqayıt"ın rəqibləri bilindi

13:56

Kuman darmadağını belə şərh etdi

13:38

Kanada millisinin üzvü Fransa nəhənginə keçdi - RƏSMİ

13:20

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

13:01

“Səbail" klubunda yeni müqavilə

12:43

Bunu futbol tarixində bir Merih edə bilib, bir də o

12:24

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

12:07

Türkiyə bunu tarixində ilk dəfə bacardı

11:48

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşdı

11:29

Niderland millisinin üzvü İngiltərə nəhənginə keçməyə razılaşdı - SON DURUM

11:10

Dünya çempionu A Seriyasını La Liqaya dəyişməyə can atır

10:33

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Montella Türkiyənin qələbəsini şərh etdi

09:25

AÇ-2024: Nəticələr və təqvim

09:00

Amerika Kuboku: 1/4 final cütləri bilindi

08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

18:05

Maksim Medvedevin məşqçi kimi ilk yeri bilindi

17:47

Qakpo Rumıniya ilə oyundan öncə nə danışdı?

17:24

18 yaşlı türk Bundesliqa klubunda - RƏSMİ

17:01

"Türkiyə millisinin 1/4 finala yüksəlmək şansı çox az görünür"

16:47

UEFA Gürcüstan Futbol Federasiyasını cərimələdi

16:28

"Ronaldu özü də bilir ki..." - Aslan Kərimov

16:17

Asim Xudiyevə yeni mövsümün ilk təyinatı gəldi

15:59

Palmeri De Bröyneyə cavab verdi: "Pozulmuş uşaq"

15:41

Baş hakim Pulişiçin əlini sıxmaqdan imtina etdi

15:23

"Tarixi torpağımız olaraq Xankəndidə oyun keçirilməsi mövsümün möhürü idi" - Elgiz Abbasov

Facebookdan bizi izləməyi unutmayın.
X