16:46 24.07.2013 700

"Bu komandanı necə udmayasan?!"

”Neftçi” oyun ərzində üstün tərəf olsa da, hücumlarının kəsəri yox idi. Əfsuslar olsun ki,  komandamız dünənki oyunda məğlub olub Çempionlar Liqasında mübarizəni dayandırdı”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib. O, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi”nin “Skenderbeu” komandasına məğlub olaraq (0:1) mübarizəni dayandırmasının səbəblərindən danışıb.

Qeyd edib ki, təmsilçimiz rəqibi düzgün qiymətləndirə bilməyib:  “Neftçi” sanki dünən meydançada top saxlamaqla məşğul idi. Topa nəzarət etmək yaxşıdır. Ancaq hücuma keçmək lazımdır axı. “Neftçi” çox az qol vəziyyəti yaratdı. Komandamız bilməli idi ki, rəqib açıq futbola  üstünlük veməyəcək. “Skenderbeu”nun futbolçuları gözləyirdi ki, qarşılaşma penalti seriyalarına qədər uzansın. Oyun başlayandan rəqib ancaq bunu düşünürdü. Təəssüf ki, oyunun əsas vaxtının sonlarında “Neftçi”nin futbolçusu İqor Mitreski qırmızı vərəqə aldı. Bundan sonra “Neftçi” meydanda “söndü”. Ancaq hesabı qorumaq haqda düşündü. Platye meydanda qalsaydı, daha yaxşı olardı. Çünki Vobay ikinci əlavə olunmuş vaxtda tam dayandı, oynamadı. “Skenderbu” isə ümidlənib hücumlara atıldı. Çünki “Neftçi” müdaifədə oturmuşdu. Ancaq inanın ki, “Neftçi” öz yolu ilə oynayıb hücumlara keçsəydi, 10 nəfərlə də qalib gələcəkdi”.

Y.Hüseynov bildirib ki, “Neftçi” mərhələni keçməyə borclu idi. Çünki rəqib həddindən artıq zəif idi: “Skenderbeu”da oyun adında bir şey görmədim. Komanda düzgün ötürmə də verə bilmirdi. 90 dəqiqə ərzində “Neftçi”nin qapısı yanında heç bir təhlükə yada bilmədilər. Bu komandanı necə udmayasan?!”

 Y.Hüseynov klublarımızın Avroliqada çıxışları haqqında da fikir bildirib. O,vurğulayıb ki, “Qarabağ”ın II təsnifat mərhələsni keçəcəyinə inanır: “Xəzər Lənkəran” “Makkabi” ilə oyunda demək olar ki, meydançada yox idi. “Makkaki” ilk oyunda çox özündən razı şəkildə çıxış edirdi. Sanki meydançada məşq edirdilər. Yəni çox rahat qələbə qazandılar. “Makkabi” həqiqətən çox güclüdür.  Ancaq cavab oyununda da belə arxayın olsalar, “Xəzər Lənkəran” onları cəzalandıra bilər. Çünki rəqibə üstən aşağı baxanda hər bir komanda uğursuzluğa düçar olur. Ancaq oyunlarına baxanda dəqiq deyə bilərəm ki, “Xəzər Lənkəran” “Makkabi”ni keçəcək halda deyil. Məncə, “Makkabi” mərhələni keçəcək.

“Qarabağ”a gəldikdə, komandamız ev oyununda əzmkar qələbə qazandı. Ancaq rəqib də güclüdür. Çempionarlarında ilk oyunda 3:2 hesabı ilə qalib gəliblər. Ona görə də yüksək əhval-ruhiyyədədirlər. “Qarabağ”a uğurlar arzulayıram və inanıram ki, mərhələni keçə bilər. Ancaq çox çətinliklə”.

“İnter” rəqibi yaxşı komandaya bənzəyir. Həm də Skandinaviya ölkələrinin komandalarında boşalma olmur. Onlar axıra qədər mübarizə aparırlar. İnanmıram ki, “Tromse” 2:0 üstünlüklərini Bakıda qoruya bilməsinlər. “İnter”in də mərhələ keçəcəyinə inanmıram”.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X