Avroliqanın II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Pyast" - "Qarabağ" görüşü öncəsi baş məşqçilərin mətbuat konfransı baş tutub. Təmsilçimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin qarşısına çıxıb. Baş məşqçi oyun haqqında danışarkən, oyuna çox ciddi yanaşdıqlarını "Pyast"in fiziki və atletik cəhətdən çıx güclü olduğunu vurğladı. Qarşıda komandasını çətin 90 dəqiqə gözlədiyini bildirdi. Penalti seriyasıyla bağlı suala isə baş məşqçi hər şeyə hazır olduqlarını bildirdi. Rəqibin heyətində kimsəni fərqləndirmədiyini, polşalıların kollektiv futbola üstünlük verdiyini vurğuladı. O öz oyunlarını göstərməyə çalışacaqlarını, tur üçün meydana çıxacaqlarını bildirdi. Daim "Visla" ilə müqayisə olunmağın düzgün olmadığını bildirən çalışdırıcımız ancaq "Pyast"la oyuna kökləndiyini bildirdi.
İdman24.az