23:19 25.07.2013 618

Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə


Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz “Qarabağ” səfərdə meydana çıxıb. 

Polşada “Pyast”ın qonağı olan baş məşqçi Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda qazanılan qələbəni (2:1) qorumağa çalışacaqdı. Ağdamlılar bu dəfə də Qlevitse təmsilçisi qarşısında gücünü göstərib, nəyə qadir olduğunu sübut edib.

Belə ki, “Pyast”ın eyni adlı stadionunda keçirilən oyunda təmsilçimiz istənilən nəticəyə nail olub – 2:2.

Matçda hesabı erkən qolla “Qarabağ” açıb. 8-ci dəqiqədə Leroy Corc yerli azarkeşləri məyus edib. Lakin ağdamlılar üstünlüklərini qorumağı bacarmayıblar. Əvvəlcə 29-cu dəqiqədə Mateuş Matras hesaba tarazlıq gətirib. Qoldan 7 dəqiqə sonra Marçin Robak komandamızı ikinci dəfə mərkəzdən başlamağa məcbur edib. Fasiləyə bu hesabla yollana tərəflər ikinci yarının əsas vaxtında da fərqlənə bilməyiblər və oyuna 30 dəqiqə əlavə edilib. Burada isə İlrix Kapolonqo daha yaxşı oynayaraq “Qarabağ”ın bərabərlik qolunu vurub. Həmçinin bu qol təmsilçimizi növbəti mərhələyə çıxarıb. 

Qeyd edək ki, III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi "Gefle" (İsveç) - “Anortosis” (Kipr) cütünün qalibi olacaq. Hazırda İsveç klubu kiprliləri minimal hesabla məğlub edir. 

Avropa Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
25 iyul
 
“Pyast” (Polşa) – “Qarabağ” (AZƏRBAYCAN) - 2:2 
QOLLAR: Mateuş Matras, 29, Marçin Robak, 36 - Leroy Corc, 8, İlrix Kapolonqo, 108
İlk oyun – 1:2
Baş hakim: Stanislav Todorov (Bolqarıstan)
Qlivitse. “Pyast” stadionu

Pyast: 29. Yakub Şumski, 3. Çaba Horvat, 4. Mateuş Matras, 14. Adrian Klepçinski, 23. Kristof Krol, 25. Damian Zbozien, 17. Tomaş Podqorski (k), 18. Matey İzvolt, 20. Lukaş Hanzel, 11. Marçin Robak, 22. Ruben Jurado
Ehtiyat oyunçular: 1. Yakub Şmatula, 5. Yan Polak, 10. Kamil Vilçek, 27. Artis Lazdinş, 9. Radoslav Muravski, 13. Tomaş Doçekal, 16. Pavol Çiçman
Baş məşqçi: Marçin Broş

Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 9. Reynaldo, 16. Leroy Corc, 20. Riçard Almeyda, 11. Nikolas Gelaşvili, 17. Vüqar Nadirov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 88. İlrix Kapolonqo
Baş məşqçi: Qurban Qurbanov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X