Avropa Liqasının III tənifat mərhələsində “Qarabağ”la “Gefle” arasında baş tutacaq ilk oyunun vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, matç avqustun 1-də baş tutacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21.00-da başlayacaq. Bir həftə sonra baş tutacaq cavab matçı isə İsveçin Sundsvall şəhərindəki “Norrporten Arena”da keçiriləcək. Həmin qarşılaşmanın başlama vaxtı hələ bəlli deyil.
İdman24.az