"Qarabağ" klubu braziliyalı yarımmüdafiəçi Çumbinyonun transferini rəsmiləşdirib.
Qol.Az saytına bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib. Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu ilə iki illik müqavilə imzalanıb. Ancaq hələ ki, futbolçunun transfer vərəqəsi alınmayıb. Ə.Çəlikəl qeyd edib ki, bu barədə danışıqlar gedir. İki gün ərzində məssələ həll olunsa, Çumbinyonun adı UEFA-nın iştirak ərizəsinə salınacaq.
Qeyd edək ki, 1986-cı ildə anadan olmuş və tam adı Marinaldo Çiçero da Silva olan futbolçu son mövsümü icarə əsasında Yunanıstanın “Atromitos” komandasında oynayıb, meydana çıxdığı 29 matçda 2 qol vurub.
İdman24.az