15:37 28.06.2013 319

Jest


Nihat Ağasoy

Futbolda ilk addımlarını Vaqif Paşayevin rəhbərliyi altında atan, Moskva ÇSKA-sında “idmanın şahı”nın sirlərinə yiyələnən, “Qarabağ”da parlayıb “Tvente”yə yollanan Vaqif Cavadovun “Bakı” və “Volqa” karyerasından da xəbərdarsız. Ən yaxşı günlərini keçirdiyi Ağdam təmsilçisini tərk edib “zanbaqlar ölkəsi”nə yollandığı dönəmi xatırlayanda, həmin vaxtdan bu günə qədər ötən günlərə təəssüflənməmək olmur.

Əslində, Vaqif Enshede klubunda istəyinə çatmayandan sonra futbol müstəvisindən silinmədi. Sadəcə büdrəyib ayağa qalxdı, pis-yaxşı legioner həyatı yaşadı, Rusiya premyer-liqasında mübarizə aparan Nijni Novqorod təmsilçisinin formasını geydi. Neçə illərdi, samballı maliyyə imkanlarına rəğmən, gerçək uğurun nə olduğunu bilməyən “Bakı”dakı çıxışına gəlincə, bəlli izdivacın gözləniləndən effektsiz alınmasına görə yalnız futbolçunu qınamaq absurddu. Baş məşqçiləri əlcək kimi dəyişən “şəhərlilər” Vaqifsiz nə etmişdi ki? Və ya milli üzvüylə yollar ayrılandan bəri paytaxt təmsilçisi komanda olaraq, Biləcəridən o tərəfdə sözünü deyə bilibmi? Bəli, oyunçunun seçimi səhv idi və o, Hollandiya klubunda Stiv Maklareni əvəzləyən Mişel Prüdomun süzgəcindən keçmədiyini anlayınca, “Bakı”ya keçməməli, “köhlən atlar”ın sıralarına dönməli idi. Nə yazıq ki, yuvaya gecikmiş dönüş də ağdamlı tərəfdarların ürəyini qürurla doldurmadı…

Keçənə güzəşt deyərlər… Bu gün Cavadov Avroliqada bir dəfə “sillələdiyi” Skopye “Metallurq”unun dərsini yenidən verməyə hazırlaşan “Qarabağ”ın yox, “İnter”in heyətindədi. O, yeni komandasıyla hazırlıq keçib və iyulun 4-də yerli publika önündə Finlandiya “Maryehamn”ına qarşı top qovacaq. Bölgə klubuyla gözlənilmədən yolları ayıran ön xətt oyunçusunun “bankirlər”lə anlaşmasını düzgün addım saymalıyıq. Sirr deyil ki, Vaqa ona yaxşı yol arzulayan ağdamlıları pula görə “ağ-göylər”ə dəyişməyib. “İnter”in büdcə baxımından “Qarabağ”ı üstələdiyini düşünməyə belə dəyməz. Kaxaber Tsxadadze yaxşı tanıdığı, oyununu dəfələrlə izlədiyi futbolçuya kapitan sarğısını verməklə, olduqca maraqlı gedişə qol qoyub.Orta səviyyəli futbolçulardan çempionluğa oynayan kollektiv formalaşdıran gürcü təcrübəli psixoloqlara xas qərarla istedadlı oyunçunun özünü yenidən sübut etməsinə şərait yaradıb. Sarğı istənilən oyunçuya məsuliyyət hissi aşılayır və baş məşqçinin “mən sənə hamıdan çox güvənirəm” jestini birbaşa çatdırır. Sürəti, meydanda improvizasiya bacarığı ilə seçilən Vaqif üçün bu güvən çox vacib idi. Bəziləri Akucavanın “tükəndiyini”, bir daha əvvəlki səviyyədə futbol oynaya bilməyəcəyini iddia edir. Belələrinin yanıldığına əminəm.

Cavadov bu gün də Azərbaycanın ən istedadlı oyunçularından biridi və onun ağ-göy futbolkada yeni inkişaf mərhələsinə qovuşmaq şansı çoxdu. Azərbaycana gəlib-getmiş ən səviyyəli mütəxəssislərdən sayılan Tsxadadze Vaqifin driblinqlərini “yonmalı”, düşünmə sürətini “itiləməli”, eyni zamanda, güvəndiyi sistem çərçivəsində sözügedən futbolçunu sıraviləşməkdən qorumalıdı. Cavadovlar nəslinin istedadlı nümayəndəsinin mühiti dəyişməsi həlledici məqamdı. Gürcü çalışdırıcının futbol fəlsəfəsinə uyğunlaşmaq isə, məntiqlə, ciddi çətinlik yaratmamalıdı. Çalışqanlıq hesabına “İnter”in əsas heyət üzvünə çevrilənlərin nə dərəcədə “artırdığına” şahidlik etmişik. Daşdəmirovlar, zərgərovlar və başqaları göz önündədi. Təbii, “əsgərlər” həmişə lazımdı. Önəmli matçlara hazırlaşan komandaları döyüşə gedən tağıma bənzətmək yerinə düşər.Məsul Avropa oyunları ərəfəsində yerli, hücumameyilli kapitanın isə qarşısında iki böyük hədəf var: ümidləri doğruldub “İnter”ə faydalı olmaq və ağzıgöyçəklərə “tükənmədiyini” göstərmək! Uğurlar, Cavadov!

“Futbol+”


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X