“Bizi çox çətin təqvim gözləyir. Heç bu oyunlardan hansının çətin, hansının asan olduğunu müəyyənləşdirmək də çətindi. İndi bizə əşyalarımızı toplayıb gələn həftənin əvvəlində Bakıya yollanmaq lazımdı”. Fanat.az xəbər verir ki, bu sözləri Avropa Liqasının “pley-off” mərhələsində “Qarabağ”ın rəqibi olan Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi Armin Fe deyib.
Baş məşqçi “Bavariya” ilə oyundan sonra “Qarabağ”la bağlı danışıb: “Qarabağ”la oyundan dərhal sonra geri dönməliyik. Hazırda tam olaraq azərbaycanlılarla oyuna köklənmişik. Amma eyni zamanda Bundesliqanın növbəti turunda üç xal qazanmağa borclu olduğumuzu da unutmuruq”.