Con Toşak “Qarabağ”la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi hakimlikdən narazı qalıb və məsuliyyəti üzərinə götürüb:
“Çətin oyun olacağını bilirdik. İlk yarıda rəqib bizdən üstün idi. Fasilədə mən bəzi dəyişikliklər etdim və ikinci hissədə daha yaxşı oynadıq. Penalti yox idi. Belə hakimlik məni şoka salır. İkinci qoldan sonra vəziyyəti dəyişmək çətin idi. Nəticələrə görə məsuliyyət mənim üzərimə düşür. 35 illik məşqçi karyeram var. Karyeram boyu uğurlarla yanaşı uğursuz günlərim də olub”.