Premyer Liqanın III turu iki legionerin ölkəmizdə debütü ilə əlaqədar olub. Fanat.az xəbər verir ki, "Bakı" və "Xəzər Lənkəran" yeni oyunçularına ilk dəfə Azərbaycan çempionatında oynamaq imkanı verib.
"Bakı"dan Etto ləqəbli Araujo Santos "Rəvan"la oyunda meydana çıxıb. Start heyətində yer alan braziliyalı 90 dəqiqə oynayaraq 5:0 hesablı qələbədə pay sahibi olub.
"Xəzər Lənkəran"da isə Mbilla Etame debüt edib. Kamerunlu forvard "Qarabağ"la matçın 46-cı dəqiqəsində makedoniyalı Nikola Qliqorovun yerinə meydana çıxıb.