III turda “Qarabağ”la qarşılaşan “Xəzər Lənkəran”ın futbolçuları bir günlük istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, ötən gün istirahət edən komanda bu gün Bakıda yenidən bir araya gəlib.
Artıq “Xəzər Lənkəran” doğma şəhərə yola düşüb. Bu gün Lənkəran şəhər stadionunun yardımçı meydançasında məşqə çıxacaq komanda “Neftçi” ilə “Böyük oyun”un hazırlıqlarına start verəcək.