Avropa Liqasının pley-off mərhələsində sabah “Qarabağ” mərkəzi arenada Frankfurt “Ayntraxt”ını qəbul edəcək. Sabahkı oyuna isə diqqət olduqca böyükdü.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Fanat.az-a açıqlamasında bütün biletlərin satılacağını deyib: “Biletlər çox sürətlə satılır. Nə qədər bilet satıldığını dəqiq deyə bilmərəm. Ancaq çox az bilet qalıb ki, bu da oyun vaxtına qədər satılacaq”.
Bundan başqa klub rəsmisi alman azarkeşlərinə 600 yer ayırdığını qeyd edir.