12:21 21.08.2013 777

Xaqani Məmmədov: “Başımla cavabdehəm”

“Hakimlərlə ciddi söhbət etdik. Onlara xəbərdarlıq etdik ki, bir də belə kobud səhvlər təkrarlansa, barələrində ölçülər götürüləcək”. Fanat.az xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Komitə sədri klublara məsləhət verib: “Bilirsiniz, hakimlərimiz cavandılar, onları çox divara dirəmək də düzgün deyil. Heç bir komandanın rəhbərliyi öz oyunçularının səhvindən danışmır, öz uğursuzluqlarının günahını yalnız hakimlərdə görürlər, bu yolla gələcək uğursuzluqlardan sığortalanırlar. Onlara deyərdim ki, Hakimlər Komitəsinə yox, öz futbolçularına xəbərdarlıq etsinlər”.

Məmmədov ötən turun 5 oyunundan 4-ü ilə bağlı klubların narazılıqlarına da toxunub: “Neftçi” – “Simurq” matçı çox yüksək səviyyədə idarə olunub. Meydan sahiblərinin futbolçusu Elvin Yunuszadəyə göstərilən birbaşa qırmızı vərəqə haqlıdı. Bu səbəbdən, komandanın baş hakim Əliyar Ağayevdən narazılığı yersizdi. “Sumqayıt” – “Qəbələ” matçında isə referi Orxan Məmmədov meydan sahiblərinin qapısına penalti təyin etməli idi. “Sumqayıt”ın cərimə meydançası daxilində “Qəbələ”nin futbolçusuna edilən kobudluğu nəzərdə tuturam. Amma topun yerli komanda oyunçusunun əlinə dəydiyi epizodu penalti kimi dəyərləndirmək olmaz. Çünki top əvvəlcə ayağa, sonra ələ dəyib və futbolçu bilərəkdən əllə oynamayıb. “Qarabağ”la görüşdə Rəhim Həsənovun “Xəzər Lənkəran”ın qapısına təyin etdiyi penalti isə düzgün deyildi. “İnter” – AZAL matçında da müəyyən epizodlarda hakim səhvləri var idi”.

Lakin komitə sədri nə səhvə yol verən hakimlərin qiymətlərini, nə də onlara qarşı hansı cəzaların tətbiq olunacağını açıqlamayıb. Məmmədov bunu UEFA-nın təlimatları ilə əsaslandırıb: “Mən də istərdim ki, qiymətlər açıqlansın, amma UEFA-nın təlimatları buna imkan vermir. Bununla belə, hakimlərimizin qərəzli olmadıqlarına başımla cavabdehəm”.

Bu mövsümdən tətbiq olunan 6 hakimlik sistemin müəyyən effekt verdiyini bildirən AFFA rəsmisi gələcəkdə də 2 həlledici oyunda qapı arxasındakı hakimlərin də təyinat alacaqlarını vurğulayıb. O, ötən mövsümün sonlarında Premyer Liqadan uzaqlaşdırılan Anar Salmanov və Elçin Məmmədovun qayıdışının gündəmdə olmadığını əlavə edib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:41

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X