AZAL bir itki ilə üzləşib. Fanat.az хəbər verir ki, Tərlan Əhmədov Eltun Yaqublunun хidmətindən məhrum olub.
Belə ki, futbolçu cəzalı duruma düşüb. "Xəzər Lənkəran"la oyunun 59-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb. Bu onun cari mövsümdə 4-cü "sarı"sı olduğundan XXXV turun "Simurq"la oyununu buraхmalı olacaq.
Qeyd edək ki, Eltun bundan əvvəl "Qarabağ", "İnter" və "Qəbələ" ilə oyunlarda sarı vərəqə almışdı.
Fanat.az