"Qəbələ"nin futbolçusu Ruslan Əmircanov cərrahiyyə əməliyyatı olunub. Fanat.az хəbər verir ki, 30 yaşlı müdafiəçinin əməliyyatı İtaliyanın paytaxtı Romada gerçəkləşib.
Əməliyyatı uğurla başa çatıb. Futbolçu mayın 20-dək davam edəcək bərpa prosesindən sonra vətənə qayıdacaq. Ruslan “Qəbələ” növbəti mövsümə hazırlığa başlayacağı vaxtda tam hazır olacaq və komandayla birgə çalışmalarda iştirak edəcək.
Cari mövsümdə daha öncə İstanbulda əməliyyat olunan Əmircanov bu il əsas komandada yeganə oyununu qış fasiləsindən sonra ilk turda “Bakı”ya qarşı səfər matçında keçirib.
Digər futbolçu - braziliyalı yarımmüdafiəçi Dodo üçün də meniskdə cərrahiyə əməliyyatı qaçılmazdı. Bu səbəbdən Dodo də mövsümü vaxtından əvvəl başa vurmalı olub.//"Qəbələ İK"
Fanat.az