10:46 19.05.2015 724

"Nazim Süleymanovdan təklif gözləyirəm"

“Bəzi futbolçular şan-şöhrət, pula görə başlarını itirir, “ulduz xəstəliyi”nə tutulurlar. Amma unutmaq lazım deyil ki, hər futbolçunun öz xarakteri var. Şükürlər olsun ki, məndə belə bir xəstəlik yoxdu və heç vaxt olmayacağına ümidvaram". Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin 18 yaşlı futbolçusu Mirəli Məmmədzadə belə deyir.


Yaşının azlığına baxmayaraq, bu gənc oyunçu kifayət qədər uğur qazanıb. Hazırda “Qəbələ”nin əvəzedici heyətinin şərəfi ni qoruyan yarımmüdafiəçi fikirlərini "Qəbələ İK" qəzetinə bildirib.


Hər il çempion


Həqiqətən də, Mirəlinin uğurları ilk baxışdan başgicəlləndirici görünə bilər. Yalan olmasın, o, az qala, hər il Azərbaycan çempionu titulunu qazanır. Futbola Bakının “İnter” klubunda başlayan Məmmədzadə bu ənənənin əsasını hələ keçmiş komandasında qoyub. “İnter”lə ardıcıl 3 dəfə Azərbaycan çempionu tituluna yiyələnən yarımmüdafiəçi 2010-cu ildə “Qəbələ”yə keçdikdən sonra 14, 16, 17 və 19 yaşlılardan ibarət komandalarda 4 dəfə qızıl medala layiq görülüb. Gəlin razılaşaq ki, 8 ilə 7 çempionluq hər futbolçuya nəsib olmur.


Eldəniz Süleymanovun yadigarı


Yeri gəlmişkən, Mirəlinin “İnter”dən “Qəbələ”yə transferi bölgə klubunun mərhum məşqçisi Eldəniz Süleymanovun təşəbbüsü sayəsində gerçəkləşib. “Qəbələ” və “İnter” arasında keçirilən oyunların birində Mirəlinin bacarığını görən Süleymanov onu bir müddət izlədikdən sonra “kəşf”i barədə rəhbərliyə məlumat verir. “Qəbələ” Futbol Akademiyasının rəhbərliyi Eldəniz müəllimi dəstəkləyir və daha bir uğurlu transfer baş tutur. Başqa sözlə, Məmmədzadə mərhum çalışdırıcının klubdakı yadigarlarından biri sayılır: “Eldəniz müəllim mənim futbol həyatımda böyük rol oynayıb. Məhz onun sayəsində karyeramda yaxşıya doğru dəyişiklik baş verib. O, mənə meydançada və ondan kənarda necə davranmağı öyrədib. Düzü, “Qəbələ”dən transfer təklifi alanda çox sevindim. Bu klubun əla infrastruktura, yüksək səviyyəli məşqçi korpusuna malik olduğunu bilirdim. Müəyyən müddət düşündükdən sonra anladım ki, “Qəbələ”yə transfer mənə parlaq gələcək vəd edir. Beləliklə, valideynlərimlə məsləhətləşərək, Bakıdan əyalətə köçməyə qərar verdim”.


18 yaşında əsas komandada


İnamlı oyun sayəsində “Qəbələ”nin aşağı yaş qruplarında pillə-pillə irəliləyən Mirəli əvəzedici komandanın məşqçilər korpusunun də diqqətini çəkib. Yeniyetmə olmasına baxmayaraq, onu tezliklə U-19-a və əvəzedici heyətə cəlb ediblər: “Aşağı yaş qruplarında oyunlarımı məşqçi Elşən İsgəndərov izləyirdi. Onun da rəyi ilə məşqçilər məni U-19 və əvəzedici komandaya çağırdılar. Ötən il iyunun 25-də əvəzedici komandada ilk məşqimə çıxdım. Həmin gün çox sevinmişdim. Bu yaşda klubun əvəzedici heyətinə düşmək qürurvericidi”. 


Ümumiyyətlə, başa çatmaqda olan 2014/15 mövsümünü yarımmüdafiəçi üçün uğurlu saymaq olar: “Əvvəla, bu mövsüm əvəzedici komandada debütüm oldu. Burada uğurlu oyunlar keçirdim, 2 qol vurdum. Hətta arada “Qəbələ”nin əsas komandasının məşqlərinə də dəvət edirlər. Bu il çempion titullarımın sayını 8-ə çatdıra bilərdim. Uzun müddət əvəzedici komanda ilə turnir cədvəlinin üst pillələrində qərarlaşsaq da, sonradan xal itirərək, çempionluq şansımızı əldən verdik”.


Ancaq etiraf edək ki, həmsöhbətimizin karyerası birtərəfli şəkildə inkişaf edir. Yəni, onun klubda işləri qaydasında getdiyi halda, yığma karyerası “axsayır”. Bəlkə də bu baxımdan, bəxt ondan üz çevirib. İstedadlı, texnikalı və ən nəhayət, 7 dəfə Azərbaycan çempionu olmasına baxmayaraq, onu indiyədək Azərbaycanın heç bir milli komandasına çağırmayıblar. Futbolçu on vaxtlar 19 yaşlılardan ibarət yığmadan təklif gözləsə də, yenə ümidləri puç olub: “U-19-un baş məşqçisi almaniyalı Nikolay Adam idi. Yəqin ki, oyun üslubum onun xoşuna gəlmədiyindən, məni heyətdə görmək istəməyib. Bu yaxınlarda onun yerinə Nazim Süleymanovun təyinatı məni yenidən ümidləndirib. İndi Nazim müəllimdən təklif gözləyirəm”.


Avropalılara bənzəyən azərbaycanlı


Mirəlini görənlər ilk baxışdan onun ispanlara və ya italyanlara oxşadığını söyləyirlər. Zahirən bir qədər fərqli görünən yarımmüdafi əçinin Avropa ilə də bağlı arzuları var: “Təkbətək mübarizələrdə inamlı oynayıram, texniki cəhətdən hazırlıqlıyam. Bununla yanaşı, sol ayağımın işlək olmaması məni narahat edir. Futbolla bağlı böyük arzularım var. Təbii ki, öncə “Qəbələ” klubunda uğurlar qazanmaq istəyirəm. Doğma klubuma kifayət qədər bəhrə verdikdən sonra Avropanın qabaqcıl ölkələrində legioner həyatı yaşayardım”. 


Yəqin ispanlara daha çox oxşadığına görədir ki, onun kumiri elə ispandı: Madrid “Real”ının və İspaniya milli komandasının yarımmüdafiəçisi İsko. 


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

Facebookdan bizi izləməyi unutmayın.
X