Bu gün "Bayıl Arena"da “Neftçi” və Qəbələnin UGİM komandaları arasında keçirilmiş final oyunu ilə AFFA-nın U-10 Liqasının 2014/2015-ci il mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatıb.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, “Neftçi”nin idman direktoru Vəli Qasımov və “Qəbələ”nin futbol direktoru Toni Adams təqdim ediblər.
U-10 Liqasının bombardiri 45 qolla “Simurq”un üzvü Elvin Qarayev olub. “Neftçi”nin oyunçusu Nicat Qaragözlü isə liqanın ən yaxşı futbolçusu seçilib.
Fanat.az