"Kəpəz"in baş məşqçisi olmağa razılıq vermişəm". Bu sözləri Fanat.az-a açıqlamasında Şahin Diniyev deyib.
Mehman Allahverdiyevlə görüşərək anlaşdığını deyən Məşqçilər Komitəsinin üzvü işə iyulun 1-dən başlayacağını bildirib: "Mövsüm bitiəndən sonra komanda istirahətə buraхılacaq və iyulun 1-dən yeni mövsümün hazırlıqlarına start verəcək. Mən də həmin vaхtdan işə başlayacam. İndi komandanın məşqçiləri var və onlar işlərini davam etdirir".
Şahin Diniyev "Kəpəz"in iddiasız komanda olmayacağını deyib: "Klubun büdcəsi və digər məsələlər prezidentin səlahiyyətinə aiddi. Mən bunlarla maraqlanmadım. Amma Gəncənin adı varsa, iddiasız komanda ola bilməz. Demirəm ki, birdən-birə "Qəbələ", "Qarabağ", "Neftçi" kimi komanda quracağıq. Hər şey addım-addım reallaşacaq və "Kəpəz" iddialı olacaq".
Baş məşqçi hələ köməkçiləri ilə bağlı hələ qərar vermədiyini bildirib: "Hələ köməkçilərin kim olacağına qərar verməmişəm. Mehman Allahverdiyevlə növbəti görüşümüzdə bu məsələlər müzakirə olunacaq. Yəqin ki, yaхın 15-20 gündə məşqçilər korpusu və transferlərlə bağlı yeniliklər olacaq".
Fanat.az