21:50 22.05.2015 670

"Qarabağ" son oyunda uduzdu, "Neftçi" "bürünc" şansını itirdi

Bu gün Topaz Premyer Liqasında XXXV turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, bütün oyunları eyni gündə baş tutub.

Üçüncü yer uğrunda mübarizəni davam etdirən "Neftçi" artıq I diviziona yuvarlanın "Bakı"nın qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. "Bakı"nın qələbə qazanmaq imkanı da olub. Lakin Nurlan Novruzov 36-cı dəqiqədə penaltidən yararlana bilməyib. Bununla da demək olar ki, "Neftçi" bürünc medallardan əlini üzüb. Belə ki, "Qəbələ" son turda uduzsa və "Neftçi" qələbə qazansa, хallar bərabərləşəcək. Bu zaman komandalar arasındakı şəхsi oyunlara baхılacaq. Amma burda da bərabərlik var. Belə ki, komandalar arasında iki oyun 0:0 hesabı ilə başa çatıb və tərəflər hərəyə bir eyni hesablı qələbə qazanıb - 3:1. Top fərqində isə "Qəbələ"nin +9, "Neftçi"nin +5 üstünlüyü var. "Ağ-qaralar"ın bu fərqi aradan qaldırması çətin görünür.

Eyni saatın digər matçında "Xəzər Lənkəran" "Sumqayıt"ın qonağı olub. 13-cü dəqiqədə Məhəmməd Qurbanov, 15 dəqiqə sonra Tofiq Mikayılov fərqlənərək "Sumqayıt"a qələbə qazandırıb - 5:0. Bununla da "Xəzər Lənkəran" 6-cı pilləni tutmaq şansını əldən verib.

Bu oyunlardan bir saat sonra AZAL - "Simurq" matçına start verilib. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Freddi Mombonqo 17, 39, 43 və 80-ci dəqiqələrdə fərqlənərək mövsümün ilk "het-trik"inə imza atıb. Daha bir qolu isə 54-cü dəqiqədə Rəşad Abdullayev vurub.

Tura "İnter" - "Qarabağ" oyunu ilə yekun vurulub. Artıq qızıl və gümüş medalları təmin edən komnadaların oyunu bir növ formal хarakter daşıyırdı. Komandalar arasında bundan əvvəl baş tutan hər üç oyun qolsuz başa çatmışdı - 0:0. Bu dəfə isə azarkeşlər 3 qol izləyib. Hesabı 19-cu dəqiqədə Əfran İsmayılov açıb. 11 dəqiqə sonra Leroy Corc bərabərliyi təmin edib. 56-cı dəqiqədə isə Arif Daşdəmirov "İnter"in qələbə qolunu vurub - 2:1. Bununla da gümüş mükafatçı "İnter" çempion "Qarabağ"la хal fərqini 5-ə endirib. "Bankirlər" son turda bu fərqi 2-yə çatdıra bilər. Çünki "Qarabağ" artıq son oyununu keçirib. "İnter" isə son turda "Sumqayıt"la qarşılaşacaq.

Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Qəbələ" bu turda istirahət edib.

Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXXV tur

22 may
Bakı - Neftçi 0:0
Bakı: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov (20. Valeh Seyidov, 87), 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov (28. Ülvi Quliyev, 82), 85. Jaba (k), 99. Kamil Nurəhmədov (16. Rüstəm Məmmədov, 75).
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 7. Nuran Qurbanov, 35. Qvanzan Maqomedov, 43. Təyyar Məmmədov.
Baş məşqçi: İbrahim Uzunca.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 7. Araz Abdullayev (k) (20. Fəhmin Muradbəyli, 78), 10. Julius Vobay, 15. Erik Ramos (17. Rəhman Hacıyev, 64), 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor (49. Mirabdulla Abbasov, 74), 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 88. Mirkamil Haşımlı.
Baş məşqçi: Arif Əsədov.
Qolla nəticələnməyən penalti: Nurlan Novruzov, 36.
Sarı vərəqələr: Georgios Pelagias, 63 (qeyri-idman hərəkəti) - Ernest Nfor, 25 (qeyri-idman hərəkəti). Saşa Stamenkoviç, 35 (qeyri-idman hərəkəti). Elvin Bədəlov, 74 (qeyri-idman hərəkəti). Kaue da Silva, 76 (qeyri-idman hərəkəti). Denis Silva, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov. 
"Bakı"nın təlim-məşq bazasının stadionu. 800 tamaşaçı.

Sumqayıt - Xəzər Lənkəran 2:0
Qol:lar Məhəmməd Qurbanov, 13. Tofiq Mikayılov, 28.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 14. Məhəmməd Qurbanov (76. Uğur Pamuk, 69), 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad (97. Xəyal Nəcəfov, 90+3), 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov (10. Tərzin Cahangirov, 78), 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 55. Məhərrəm Məmmədli, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 11.Şahin Əliyev.
Baş məşqçi: Aqil Məmmədov.
Xəzər Lənkəran: 25. Tərlan Qasımzadə, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı (34. Elnur İsmayılov, 70), 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 42. Kamran Abdullazadə (12. İlyas Səfərzadə, 62), 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov (4. Ruslan Cəfərov, 54).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 32. Zaman Mirzəzadə, 16. İbrahim Qədirzadə, 99. Mahsun Qəmbərli.
Məşqçi: Elbrus Məmmədov.
Sarı vərəqələr: Slavik Alxasov, 32 (qeyri-idman hərəkəti). Nodar Məmmədov, 43 (qeyri-idman hərəkəti) - Manuel Skarlatake, 27 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); 89 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Manuel Skarlatake, 89.
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
"Kapital Bank Arena". 1000 tamaşaçı.

AZAL - Simurq 5:0
Qollar: Freddi Mombonqo, 17; 39; 43; 80. Rəşad Abdullayev, 54.
AZAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko (10. Nicat Qurbanov, 61), 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 8. Seymur Əsədov (33. Kamal Mirzəyev, 76), 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 18. Orxan Lalayev, 20. Freddi Mombonqo, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (k) (7. Təmkin Xəlilzadə, 71).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 56. İsa Zeynallı.
Baş məşqçi: tərlan Əhmədov.
Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev (32. Ülvi Quliyev, 22), 9. Mirzağa Hüseynpur (70. Cavad Kazımov, 70), 10. Rəşad Eyubov, 14. Vüqar Mustafayev, 17. Rüstəm Məmmədov, 18. Tural Axundov, 3. Kənan Müslümov, 81. Nicat Muxtarov (25. Oruc Balaşlı, 58).
Ehtiyat oyunçular: 77. Sahib Abbasov, 78. İlqar Hüseynov, 80. Roni İsmayılov, 83. Elmir Sulxayev.
Baş məşqçi: Georgi Çixradze.
Sarı vərəqə: Tural Axundov, 18 (hakimə etiraz etdiyinə görə).
Qırmızı vərəqə: Amil Ağacanov, 21 (hakimi təhqir etdiyinə görə).
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov. 
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.  
"AZAL Arena". 200 tamaşaçı.

İnter - Qarabağ 2:1
Qollar: Əfran İsmayılov, 19. Arif Daşdəmirov, 56 - Leroy Corc, 30.
İnter: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 10. Elvin Məmmədov (11. Asif Məmmədov, 82), 17. Məhəmməd Mirzəbəyov, 22. Əfran İsmayılov, 21. Arif Daşdəmirov, 23. Vojislav Stankoviç, 28. Baçana Tsxadadze (19. Sezar Meza Kolli, 76), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev (7. Abdulla Abatsiyev, 89).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 8. Mikel Alvaro, 15. Yohan Bokanyano, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc, 77. Cavid Tağıyev (17. Vüqar Nadirov, 73).
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 33. Şəhriyar Əliyev.
Baş məşqçi: Qurban Qurbanov. 
Sarı vərəqələr: Baçana Tsxadadze, 76 (qeyri-idman hərəkəti). Georgi Lomaya, 90+1 (oyunun bərpasını ləngitdiyinə görə) - Rəşad Sadıqov, 28 (hakim qərarına etiraz). Reynaldo Silva, 42 (qeyri-idman hərəkəti). Qara Qarayev, 49 (qeyri-idman hərəkəti).
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
"İnter Arena". 1700 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

32

20

8

4

51-28

68

2

İnter

31

17

12

2

54-17

63

3

Qəbələ

31

14

9

8

43-34

51

4

Neftçi

31

13

9

9

37-32

48

5

Simurq

31

11

5

15

41-39

38

6

AZAL

31

10

8

13

36-41

38

7

Xəzər Lənkəran

31

8

7

16

35-47

31

8

Sumqayıt

31

6

10

15

29-42

28

9

Bakı

31

3

8

20

19-65

17

 

Bombardirlər

Nurlan Novruzov (Bakı) - 15. Draqan Çeran (Simurq) - 14. Freddi Mombonqo (AZAL) - 13. Nikolas Kanales (Neftçi), Cavid Hüseynov (Qəbələ), Məhəmməd Qurbanov (Sumqayıt) - 11. Reynaldo Silva (Qarabağ) - 10.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X