14:21 29.05.2015 620

“Qəbələ”dən sevilən bir insan kimi gedirəm”

"Qəbələ" Futbol Akademiyasında qapıcılarla işləyən məşqci Uğur Kurtun müqaviləsi başa catıb. Fanat.az xəbər verir ki,  44 yaşlı türkiyəli “Qəbələ İK” qəzetinə müsahibə verib.


- “Qəbələ”dən hansı təəssüratlarla, hisslərlə ayrılırsınız?

- Əlbəttə ki, gözəl hisslərlə, unudulmaz xatirələrlə. Futbol həyatı belədir - biz gəmiyik, klublar isə liman. Biz gəlirik, vəzifəmizi yerinə yetirib gedirik. Kim bilir, bəlkə nə vaxtsa, yollarımız yenə kəsişəcək. Ancaq bu olmasa belə, mənimlə işləyənlərin hamısına minnətdaram. “Qəbələ” Futbol Akademiyasının uğurlarında, az da olsa, əməyim olubsa, bu, mənim üçün böyük xoşbəxtlikdir. Görürəm ki, məndən razı qalıblar. Çünki bir qədər əvvəl şərəfimə keçirilən gözəl tədbirdə bunu gördüm. Mənə bütün qapıçıların və məşqçilərin imzası olan qapıçı forması hədiyyə etdilər. 2009-cu ildə buraya gələndə, böyük qardaşımı itirmişdim. Ancaq Azərbaycanda özümə çox qardaş tapdım, dostlar qazandım. “Qəbələ”dən sevilən bir insan kimi ayrılıram. Bu isə hər məşqçiyə nəsib olmur.


- Azərbaycanda ilk günlərinizi necə xatırlayırsınız?

- İlk dəfə Qəbələyə gələndə, həmin vaxt akademiyanın direktoru olan Əli Yavaşdan qapıçıların harada olduğunu soruşdum. Çünki mən onlarla işləməyə gəlmişdim. Yavaş isə mənə dedi ki, qapıçı yoxdur, onları sən axtarıb tapacaqsan. Beləcə, ilk işim qapıçı axtarmaq oldu.


- Akademiyanın qurulmasında əməyi olan bir mütəxəssis kimi onun hazırkı durumunu necə qiymətləndirirsiniz?

- Akademiyanın bu səviyyəyə çatmasında hər kəsin əməyi var. Heç kim təkbaşına heç nə edə bilməzdi. Hazırda çox gözəl heyətimiz var və fəaliyyətimizin də bəhrəsini görürük. “Qəbələ” Futbol Akademiyası nümunə göstərilən idman təsisatına çevrilib. Bu da rəhbərliyin bizə göstərdiyi hərtərəfli dəstəyin nəticəsidir. Onlar bizə inanaraq burada çalışmaq üçün gəzəl şərait və imkan yaratdılar. İndi isə rahat şəkildə, sevilən insan kimi buradan gedirəm. Səhv etmirəmsə, akademiyada ilk dəfədir məşqçini belə təmtəraqla, plakatla yola salırlar. Məşqçilərə dedim ki, bir yerdən ayrılacaqsınızsa, Uğur hoca kimi ayrılın. Harada olsam, qəlbim həmişə “Qəbələ” ilə vuracaq. Akademiyamızın fəaliyyətini həmişə izləyəcəyəm.


- Altı il “Qəbələ”də çalışdınız. Sizcə, bu illər ərzində ən böyük qazancınız nə oldu?

- Ən böyük qazancımız Qəbələdə qapıçılar tapıb, üzə çıxarmağımız oldu. Bura qapıçılarla işləyən hansı məşqçi gələcəksə, bizim vaxtilə üzləşdiyimiz problemlərlə qarşılaşmayacaq. Çünki akademiyada 2008-ci il doğumlu uşaqlardan başlayaraq, təxminən, 35 qapıçı var. “Qəbələ”də bildiklərimi öyrətməklə yanaşı, özüm də böyük təcrübə qazandım. Gəldiyim ilk gündən qapıçı fəlsəfəsini, qapıçıların komanda üçün çox önəmli olduğunu yetirmələrimə aşıladım. Azyaşlı qapıçıların hərtərəfli dəstəyə ehtiyacı var.


- Bəs məqsədlərinizə necə, çatdınızmı?

- Əlbəttə! Qarşıya qoyduğumuz məqsədlərə çatdığımıza görə çox məmnunam. Öncə qapıçı peşəsini insanlara sevdirdik. Qəbələli uşaqlardan qapıçılar hazırladıq, yığma komandalara təcrübəli qapıçılar verdik. Eşitdiyimə görə, hələ 17 yaşın içində olan Süleyman Süleymanov U-19 və əvəzedici heyətə cəlb edilmədən, birbaşa əsas komandanın hazırlığına yollanacaq. Bu da bizim üçün böyük nailiyyətdir. Düşünürəm ki, üzərimə düşən vəzifəni yerinə yetirdim və burada missiyam bitdi. Necə deyərlər, çiçəkləri əkdik, indi qalır, əzmədən onlara sahib çıxmaq. Bu isə hazırda akademiyada çalışan və yetişdirdiyim 4 qapıçı məşqçisinin üzərinə düşür.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X