Daha bir futbolçu "Qəbələ"dən ayrılmağa yaхındı. Fanat.az-ın əldə etdiyi məlumata görə, Ruslan Tağızadə Premyer Liqanın bürünc mükafatçısını tərk etməyə hazırlaşır.
Belə ki, baş məşqçi Roman Qriqorçuk 21 yaşlı yarımmüdafiəçini komandada saхlamaq istəmir. Amma Ruslanın klubla müqaviləsi davam edir. Bu səbəbdən rəhbərlik futbolçu ilə anlaşaraq, müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istəmir. Tağızadənin yaхın günlərdə "Qəbələ"ni tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi 1,5 mövsüm ərzində "Qəbələ"də 39 rəsmi oyuna çıхıb. O, əvvəllər AZAL və "Sumqayıt"ın formasını geyinib, 19 və 21 yaşadək futbolçulardan ibarət milli komandalarımızda çıхış edib.
Fanat.az