Bu gün Azərbaycanda futbol mövsümü rəsmən başa çatıb. Fanat.az хəbər verir ki, mövsümün son oyunu Azərbaycan Kubokunun final matçı olub.
Həlledici qarşılaşmada "Qarabağ"la "Neftçi" qarşılaşıb. Premyer Liqanın qızıl mükafatçısı ilə 4-cü pillənin sahibi Qəbələ şəhər stadionunda üz-üzə gəlib. Hesabı 5-ci dəqiqədə Reynaldo Silva açıb. Braziliyalı futbolçu 39-cu dəqiqədə dublunu rəsmiləşdirib. 78-ci dəqiqədə Ernest Nfor fərqi azaltsa da, 6 dəqiqə sonra Muarem Muarem "Qarabağ"ın üstünlüyünü yenidən 2 topa çatdırıb. Bununla da Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandalar 19 ildən sonra kubokun finalında üz-üzə gəlib. Belə ki, "Qarabağ"la "Neftçi" ilk dəfə 1995/96 mövsümünün finalında qarşılaşmışdı. 15 may 1996-cı ildə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda "Neftçi" Yunis Hüseynovun dublu, Vidadi Rzayevin tək qolu sayəsində 3:0 hesablı qələbə qazanmışdı.
Bu "Qarabağ" üçün 7-ci final olub. 1993, 2005/06 və 2008/09 mövsümlərində kuboka sahib çıхan Ağdam klubu 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində gümüş medallarla kifayətlənib. "Qarabağ" bu gün qələbə qazanaraq kubok sayında "Kəpəz"ə çatıb.
"Neftçi" isə Azərbaycan Kubokunun mütləq rekordçusudu. Belə ki, "ağ-qaralar" indiyədək 7 dəfə turnirin qalibi olub (1994/95, 1995/96, 1998/99, 2001/02, 2003/04, 2012/13, 2013/14) və 3 dəfə finalda uduzub (2000/01, 2011/12, 2014/15). Ardıcıl 4-cü dəfə finala çıхan "Neftçi" son iki mövsümdə kubokun qalibi adını qazanıb.
Azərbaycan Kuboku
2015/16 mövsümü
Final
3 iyun
Qarabağ - Neftçi 3:1
Qollar: Reynaldo Silva, 5; 39. Muarem Muarem, 84 - Ernest Nfor, 78.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 21.Tural Rzayev, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor.
Baş məşqçi: Arif Əsədov.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov,Rza Məmmədov, Orxan Məmmədov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Ramiz Mustafayev.
Qəbələ şəhər stadionu.
Fanat.az