Hazırda Qəbələ şəhər stadionunda “Qarabağ” və “Neftçi”nin iştirakı ilə Azərbaycan Kubokunun final görüşü keçirilir. Fanat.az xəbər verir ki, oyundan öncə Peşəkar Futbol Liqası tərəfindən möhtəşəm açılış mərasimi təşkil olunub.
Belə ki, Nəsib Nurun aparıcısı olduğu final görüşü Röyanın çıxış etdiyi konsert proqramı ilə davam edib. Ən həyəcanlı an is kubokun paraşütlə meydançanın mərkəzinə gətirilməsi olub. Azərbaycan bayrağına boyadılmış paraşüt meydançanın mərkəzinə enib və paraşütçü kuboku müvafiq şəxslərə təqdim edib.
Azərbaycan Respublikasının dövlət himnini isə stadiona toplaşanlar müğənni Azərinlə birgə səsləndiriblər.
Fanat.az