Azərbaycan Kubokunun bombardiri müəyyənləşib. Fanat.az хəbər verir ki, Vüqar Nadirov 2014/15 mövsümünün ən sərrast futbolçusu olub.
"Qarabağ"ın futbolçusu 5 qola imza atıb. MOİK-i, "Bakı"nı 4 dəfə məyus edib.
Vüqar Nadirovun komanda yoldaşı Reynaldo Silva və "Simurq"dan Draqan Çeran 4 dəfə fərqlənib. Reynaldo "Bakı" ilə 1/4 finalın ilk oyununda və "Neftçi" ilə final matçında dubl edib. Çeran isə "Rəvan"la 1/8 final və "Qəbələ" ilə 1/4 finalın ilk matçında 2 qol vurub.
Bombardirlər
Vüqar Nadirov (Qarabağ) - 5
Reynaldo Silva (Qarabağ) - 4
Draqan Çeran (Simurq) - 4
Nikolas Kanales (Neftçi) - 3
Cavid Tağıyev (Qarabağ) - 2
Arif Daşdəmirov (İnter) - 2
Baçana Tsxadadze (İnter) - 2
Bəxtiyar Soltanov (Qəbələ) - 2
Röyal Nəcəfov (MOİK) - 2
Fanat.az