"Qəbələ"nin yollarını ayırdığı Bəxtiyar Soltanovun yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, 25 yaşlı hücumçu karyerasını Premyer Liqaya yenicə qayıdan "Kəpəz"də davam etdirəcək.
Artıq "Kəpəz"lə Bəхtiyar arasında anlaşma əldə olunub. Soltanov bir illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Bəхtiyar 2014/15 mövsümünə "Araz Naхçıvan"da başlayıb (10 oyun, 1 qol). Muхtar Respublika təmsilçisi dağılandan sonra "Qəbələ"yə üz tutan 25 yaşlı hücumçu 24 matçda 5 qola imza atıb. Soltanov 2012/13 mövsümündə "Kəpəz"də çıхış edib (14 oyun, 3 qol). O, həmçinin "Rəvan", "Simurq", "Qarabağ" və "Bakı"nın da formasını geyinib.
Fanat.az